mürəkkəb adların tərkibində işlənən baba və kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Babakişi (bax: ad – BABA; KİŞİ) kişi adı tanınmış yetkin adam, hörmətli ahıl adam anlamına gəlir. Görkəmli dramaturq C.Cabbarlının “Sevil” əsərində qəhrəmanlardan birinin adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBaba... ilə başlanan kişi adlarının oxşama və əzizləmə məzmunlu qısaldılmış formasıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Nənəş və s. Babaş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, addan soyad da formalaşmışdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Babaş bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBabak dilimizdə qədim sözlərdən olan baba sözündəndir. Qədim türk mənşəli adlardan olub, əksər mənbələrdə baba sözünün nəvazişli forması sayılır.
Mənbələrin əksəriyyətində sözün kökündə duran baba sözü “ata”, Babək isə “atacan”, “başçı” kimi izah edilir. Babək kişi adı Azərbaycanda milliazadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi Babək Xürrəminin adındandır. Ərdəbil şəhəri (Cənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndindən olan Babəkin, tarixi mənbələrə görə, əsl adı Həsən olmuşdur. Bir sıra ərəb mənbələrində qeyd olunur ki, qədim və möhtəşəm türkari mədəniyyətini məhv olmağa qoymayan Babəkin əsl adı guya müsəlman adı olan Həsən imiş. Lakin müasir tədqiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad bilərəkdən ərəb tarixçiləri tərəfindən təhrif olunmuşdur. Xürrəmilər hərəkatına qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan xalqının ərəb işğalçılarına qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir. Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibələrdə ağır məğlubiyyətlərə düçar olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babək tərəfindən məhv edilmişdir. Xürrəmilərin şiddətli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837ci ildə Bəzz qalasını alır. Babək kiçik bir dəstə ilə mühasirədən çıxaraq Bizansa gedib İmperator Feofil ilə əlaqə yaradır və ərəblərə qarşı yeni ordu toplamaq istəyini ona çatdırır. Lakin xəyanət nəticəsində ərəblərin əlinə keçən Babək 838ci il yanvarın 4də qardaşı Abdulla ilə birlikdə Samirə şəhərinə aparılır, Xəlifə Mötəsim Babəki xüsusi işgəncə ilə edam etdirir. Qeyd etmək lazımdır ki, bu gün Cənubi Azərbaycanda hər il milyonlarla soydaşımız bütün təzyiqlərə və təqiblərə baxmayaraq, Babəkin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bəzz qalasını ziyarət edirlər. Babəkə olan ehtiramdan adı da məişətimizdə uzunömürlü olub, bu günə qədər yaşadılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibadam (əslində badam) sözündəndir.
Badam isti ölkələrdə bitən bəzən sərt, bəzən də əllə sındırılacaq dərəcədə nazik qabıqlı, ləpəsi yeyilən meyvənin adıdır.
Azərbaycan antroponimikasında bitki adlarından yaranmış şəxs adları sırasında olan Badam türk dünyasında Badəm şəklində populyar adlardandır. Bu gün məişətimizdə Badam qadın adı kimi mövcuddur. Lakin Azərbaycanda Badamov soyadının olması yaxın keçmişə qədər adın müştərək şəxs adlarından olmasına dəlalət edir. Başqa sözlə, Badam köhnəlmiş şəxs adları sırasında olub, bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidilində bağdad əslində Dəclə və Fərat çaylarının arası mənasındadır.
Bağdad İraqın paytaxtının adındandır. Tarixdən məlum olduğu kimi, Bağdad orta əsrlərdə Xilafətin və Abbasilər sülaləsi xəlifələrinin mərkəzi və əsrlərlə böyük mədəniyyət mərkəzi olmuşdur. Sədi və bir çox başqa məşhur adamlar orada təhsil almışlar. Adın Bağdad (İraqın paytaxtı) toponimi əsasında yaranmasına şübhə yoxdur. Əvvəla, hər iki vahid eyni səs sisteminə malikdir. Digər tərəfdən, toponim əsasında yaranmış antroponimlər türk antroponimik vahidlər sistemində xüsusi yer tutur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında qədim adlardan olan Bağdad bir zamanlar məişətimizdə müştərək şəxs adları sırasında olmuşdur. Bağdad kişi adı artıq köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayır. Lakin Bağdad qadın adı məişətimizdə az da olsa işlənməkdədir. Bağdad qadın adının kişi adına nisbətən uzunömürlü olmasının səbəbi, fikrimizcə, erkən dövrlərdən sözün dilimizdə həm də gözəllik ifadə etməsi ilə əlaqədar olmuşdur. Dilimizdə həddən artıq gözəl mənasında Bağdad gözəli ifadəsi vardır, eləcə də Azərbaycan şifahi xalq ədəbiyyatında Bağdad toponiminin gözəllər diyarı, gözəllər məkanı mənasında işlənmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBağdad və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bağdadbəy (bax: ad – BAĞDAD; BƏY) kişi adı Bağdad bəy anlamını ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bağdadbəy hazırda yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan mədəniyyəti tarixində soyadın daşıyıcısı Bağdadbəyov Cəlil (18871949) teatr səhnəsində layiqli yer tutan aktyorlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətibağı sözü əfsun, sehr, cadu anlamını ifadə edir.
Bəzi mənbələrdə ərəb mənşəli Baqi (bax: ad – BAQİ) adının Nağı, Tağı kimi adların təsiri altında Bağı şəklinə düşməsi kimi məlumatlar da vardır. Azərbaycan antroponimikasında tərkibində adın işləndiyi mürəkkəb kişi adları da mövcuddur. Məsələn, Abdulbağı və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətibağıç sözündən (bağıçlamaq feilindəndir) olub, bağışlama, bir şeyi qarşılıqsız olaraq başqasına vermək, hədiyyə etmək, alacağından könüllü olaraq vaz keçmək, özünə çatanı istəməmək, əfv etmək, bəxş etmə, qurban etmə, peşkəş vermə anlamlarındadır.
Lüğətlərdə Bağış antroponimi bağı... ilə başlanan adların oxşama və əzizləmə forması kimi də izah edilir, sonradan müstəqil kişi adı kimi rəsmiləşdiyi qeyd edilir. Bir sıra mürəkkəb adların tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti