Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SEYİDƏ

ərəb. seyid (əslində sayyid) sözündəndir. Seyidə/Seyyidə qadın adı başçı, ağa, cənab, itaət edilən mənasını ifadə edir.

Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına, eləcə də ləqəblərinə üstünlük verilmişdir. Türk antroponimik vahidlər sistemində mövcud Seyyidə/Seyidə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızı Fatimə əz-Zəhranın (bax: ad – ZƏHRA) ləqəbindəndir. Məlum olduğu kimi, Fatimə əz-Zəhra (bax: ad – FATİMƏ) İslam tarixinə dörd mükəmməl qadından biri kimi düşmüşdır (Məryəm, Xədicə, fironun xanımı Asya da onlarla bir sıradadır). Seyidə/Seyyidə qadın adı Şərq xalqlarının məişətində də geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti