Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIABBAS ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı Abbas adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.Hacıabbas (bax: ad – HACI; ABBAS) kişi adı həcc ziyarətindən gəlmiş Abbas, Hacı Abbas mənasındadır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Hacıabbas adı bu gün Hacabbas formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIAĞA ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı adı və azərb. arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıağa (bax: ad – HACI; AĞA) kişi adı həcc ziyarətindən gəlmiş ağa, Hacı ağa mənasındadır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Hacıağa adı bu gün Hacağa formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIBƏY ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı adı və azərb. arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıbəy (bax: ad – HACI; BƏY) kişi adı həcc ziyarətindən gəlmiş bəy, hacı olmuş bəy, kişi anlamındadır.

Addan formalaşmış Hacıbəyov, Hacıbəyli soyadları da Azərbaycanda geniş yayılmışdır. Azərbaycanda məşhur Hacıbəylilər nəslindən olan görkəmli musiqiçi, Azərbaycanda ilk opera yazmış, hələ sağlığında kifayət qədər məşhur bəstəkar Üzeyirbəy Hacıbəyli, Azərbaycanın musiqi sənətində özünəməxsus xidmətləri olmuş Soltan Hacıbəyli, Zülfüqar Hacıbəyli, Ceyhun Hacıbəyli də bu nəslin layiqli nümayəndələrindəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıəli (bax: ad – HACI; ƏLİ) kişi adı həcdən gəlmiş Əli, Hacı Əli mənasındadır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Hacıəli adı bu gün Hacəli formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIƏMİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı adı və azərb. ami sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacəmi (bax: ad – HACI; ƏMİ) kişi adı həcdən gəlmiş əmi, Hacı əmi anlamını ifadə edir.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayar- sa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Hacıəmi adı bu gün Hacəmi formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIHƏSƏN ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı və azərb. Hasan adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıhəsən şəxs adı (bax: ad – HACI; HƏSƏN) hacı olmuş Həsən, yəni həcc ziyarətindən gəlmiş Həsən anlamını ifadə edir.

Azərbaycanda Hacıhəsən kişi adı ilə əlaqədar Hacıhəsənli toponimi də mövcuddur. Tovuz bölgəsində kənd adıdır. Lüğətlərdə yaşayış məntəqəsinin əsasını qoymuş Hacıhəsənli nəslinin adı ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti