Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DAYI azərb.

dayı sözündəndir, ananın qardaşı deməkdir.

Mənbələrdə Osmanlı dövlətində, Əlcəzair, Tunis və Məğribdə (Mərakeşdə) valilərə verilən titul olduğu barədə məlumatlar mövcuddur. Azərbaycan antroponimikasında qohumluq, əqrəbalıq bildirən sözlərdən yaranmış Dayı adı bu gün artıq müstəqil kişi adı kimi mövcud deyildir, lakin tərkibində dayı adının iştirak etdiyi mürəkkəb kişi adları kifayət qədərdir. Qeyd etmək lazımdır ki, dayı həm də məişətimizdə böyüklərə hörmət mənasında müraciət formasıdır. Bir də öz səlahiyyətlərindən, əlindəki ixtiyardan sui-istifadə edərək hər hansı bir şəxsə qeyri-qanuni köməklik göstərən, arxasında dayanan adam haqqında, heç də birmənalı olmayan, başqa sözlə, hami, arxasında dayanan, müdafiə edən şəxs kimi məcazi mənada da işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti