duman sözündəndir. Duman sözünün həm həqiqi, həm də məcazi mənaları vardır. Adətən lüğətlərdə Duman kişi adının tutqunluq, bulanıqlıq, kədər, anlaşılmazlıq mənasını ifadə etməsi ilə bağlı şərhlərə rast gəlirik.
Qeyd etmək lazımdır ki, Duman Azərbaycan antroponimikasında qədim şəxs adları sırasındadır. Hələ “Oğuznamə”lərdə rast gəlinən Duman (Tuman) adının verilmə səbəbi Dədə Qorqudun dili ilə belə izah edilir: “Duman qaranlıq olsa da, otlar üçün çox faydalı olan nəmlik zamanı yaranır. Bu uşağın atasının ölümüylə xalqın könlü qəmlə dolmuş, ətrafı duman almış və qaranlıq bürümüşdü. Ancaq ümid edə bilərik ki, bunlar keçəcək, günəş doğub dünyaya bir yenilik gətirəcək, otlar çoxalacaq və hamının işi düzələcəkdir. Bu səbəbdən Duman adını qoyduq”. Folklorumuzda dumanın yenilik, təzəlik, xeyir-bərəkət rəmzi kimi işlənməsinə aid nümunələr çoxdur. Yalnız müşahidələrə sığınmalı olan ilk əməkçi insanlar tərəfindən yaranan folklor nümunələri sırasında Qıç dumanı qar gatirar, yaz dumanı bar kimi ifadələr bugünə qədər yaşayır. Yəqin ki, övladına Duman adı qoyan insanlar sözün yenilik, təzəlik, xeyir-bərəkət mənasını əsas götürmüşlər. Duman adı bu gün məişətimizdə geniş yayılmış adlar sırasında olmasa da, kifayət qədərdir. Azərbaycan antroponimikasında tərkibində Duman adının iştirak etdiyi mürəkkəb kişi adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətidursun (durmaq feilindəndir) sözündəndir. Dursun kanarda qalsın, bir tarafda qalsın, sarf-nazar edak, haqqında danıçmayaq (qoy hələ baxaq, qoy hələ sakit qalsın, səs çıxarmayaq, sakit qoyaq görək nə olur anlamlarında) kimi mənaları ifadə edir.
Azərbaycan antroponimikasında qədim şəxs adları sırasında Dursun adının XV əsrdə mövcud olması barədə məlumatlara rast gəlinir. Dursun kişi adı qalsın, yaşasın, dünya durduqca dursun, dünya durduqca var olsun mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya sözündən olub, dilimizdə bir neçə məna ifadə edir: 1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat; 2. Yer kürəsi, yer üzü, aləm; 3. mac. müəyyən ictimai quruluş, mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit; 4. mac. insanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hisləri, təəssüratı, təsəvvürləri; 5. mac. bütün insanlar, adamlar, el, xalq, camaat; 6. Çoxlu miqdarda mal, dövlət, pul (bu mənada bəzən cəm şəklində işlənir).
Dünya şəxs adı sözün dördüncü mənası ilə əlaqədardır. Dilimizdə Onların da öz dünyası var; Dünyaları yığıb altına, oturub; İki dünya bir ola, fikrimi dayiçmaram, Dünyanın har üzünü bilir və s. kimi ümumişlək ifadələr kifayət qədərdir. Azərbaycan antroponimikasında Dünya yalnız mürəkkəb kişi adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya və azərb. bir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizdə bir dünya (həddən artıq, ən çox) mənasında Galiçinla bir dünya sevinc gatirdin; Bu bir dünyanı mana san baxç elamisan və s. ifadələr kifayət qədərdir. Dünyabir (bax: ad – DÜNYA; BİR) kişi adı insanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hisləri, təəssüratı, təsəvvürləri ilə əlaqədar olub, bir dünya şadlıq, sevinc mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya və azərb. malı sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycanlı ailələrdə övlad ən böyük dövlət, sərvət, ailələr arasında körpü kimi qiymətləndirilmiş, övladsız ailələr hətta susuz dəyirmana bənzədilmişdir. Bu yanaşmaya “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlinir. Dilimizdə dünya malı ilə bağlı Sani heç dünya malına da dayiçmaram; Dünya malına çevrilib baxmaram və s. kimi məcazi ifadələr də geniş yayılmışdır. Dünyamalı (bax: ad – DÜNYA; MALI) kişi adı dünyaya gələn övladın bütün dünyanın sərvətinə, varına, malına bərabər tutulması ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti