dünya sözündən olub, dilimizdə bir neçə məna ifadə edir: 1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat; 2. Yer kürəsi, yer üzü, aləm; 3. mac. müəyyən ictimai quruluş, mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit; 4. mac. insanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hisləri, təəssüratı, təsəvvürləri; 5. mac. bütün insanlar, adamlar, el, xalq, camaat; 6. Çoxlu miqdarda mal, dövlət, pul (bu mənada bəzən cəm şəklində işlənir).
Dünya şəxs adı sözün dördüncü mənası ilə əlaqədardır. Dilimizdə Onların da öz dünyası var; Dünyaları yığıb altına, oturub; İki dünya bir ola, fikrimi dayiçmaram, Dünyanın har üzünü bilir və s. kimi ümumişlək ifadələr kifayət qədərdir. Azərbaycan antroponimikasında Dünya yalnız mürəkkəb kişi adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti