Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MİNA

fars. mina sözündən olub, metal və s. əşyaların üzərinə çəkilən çox incə və parlaq təbəqə, naxış deməkdir.

Son dövrlərə qədər usta zərgərlər qiymətli bəzək əşyalarına mina vurmaqla daha baxımlı edərdilər. Klassik poeziyada obrazlı təşbehlərdə mina sözünə teztez rast gəlinir. Mina parlaq, gözəl kimi məcazi mənalar da ifadə edir. Mina qadın adı da sözün məcazi mənası ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti