Reklam
Reklam

Məsəllər, deyimlər

LAKMUS KAĞIZI

Hər hansı əşya, obyekt, proses və ya sistemin əsas əlamət və keyfiyyətlərini əks etdirməyə imkan verən bir şey.

İfadə dəniz şibyələrindən hasil edilən, turşuların təsiriylə kağıza qırmızı rəng verən, qələvilərin təsiriylə isə həmin kağızı göyərdən boyayıcı maddənin – lakmusun adından götürülmüşdür.

Hərfi mənada lakmus − qələvi və turşularda reaktiv qismində işlədilən, əsasən, turşuluğun indikatoru kimi istifadə olunan lakmus məhlulu hopdurulmuş süzgəc kağızıdır. İfadənin məcazlaşması da məhz həmin kağızın turşuluğu bir indikator kimi özündə əks etdirməsi ilə bağlı yaranmışdır.

Lakmus maddəsindən ilk dəfə ispan həkimi və kimyaçısı Arnoldus de Villanova təxminən 1300-cü ildə kimyəvi reagent və digər maddələrin indikatoru kimi istifadə etmişdir. XVI əsrdən başlayaraq Hollandiyada dəniz şibyələrindən (daha çox kəvərə oxşayan göyərtidən) sənaye üsulu ilə mavi lakmus hazırlanmağa və ixrac edilməyə başlandı. 1704-cü ildən həmin indikator holland dilindən götürülmüş indiki «lakmus» (sıyıq halına gətirilmiş şibyə məhlulu) adını aldı. Əvvəllər lakmusu, əsasən, mineral suların tədqiqi zamanı istifadə edirdilər, amma sonradan onunla kimyaçılar da maraqlanmağa başladılar.

İfadə daha çox bir şeyin indikator, göstərici olduğunu bildirmək üçün işlədilir.

Məsəllər, deyimlər

LAQQIRTI VURMAQ

►Boş, mənasız, predmetsiz və uzun-uzadı söhbət etmək, deyib-gülmək, vaxt keçirmək üçün nədənsə danışmaq.

İfadənin təqlidi səslər çıxaran qədim musiqi alətlərinin adından qaynaqlandığı ehtimal edilir.

Bir çox tәdqiqatçı-alimlər belə güman edirlər ki, «laqqırtı» sözü әvvәlcә sәsi (təqlid) vә bu sәsi çıxaran predmeti, sonralar isә metaforik şәkildә işlәnmәklә nitqi müşayiәt edәn sәsi vә nәhayәt, sözün özünü bildirmişdir.

Prof. M.Adilova görə, «laqqırtı» sözü «laqquti» adlanan musiqi aləti ilə bağlıdır. Azәrbaycan xalq mahnılarını vә oyun havalarını tәdqiq edәn Ә.İsazadә və N.Mәmmәdov yazırlar ki, Azərbaycanın cənub bölgələrində yayılmış bu zәrb aləti tәbil kimi içәridәn yonulmuş müxtәlifölçülü iki tirdәn ibarәtdir. Bu alәt iki çubuqla onun yuxarı hissәsinә vurulan zәrbәlәrlə sәslәndirilir. Palıd ağacından hazırlanmış bu zәrb alәtindә sәsin yüksәkliyi tirlәrin hәcmi vә yuxarı qatların enindәn dә asılı olur. Laqquti quruluşuna görә qәdim musiqi alәtinә daxildir.

Bәzi mәişət mahnılarının indi dә yalnız zәrb alәtlәrinin müşayiәti ilә ifa edilmәsi, tәbil, dәf, laqquti kimi alәtlәrin hәmin zonada zәrb alәtlәrinin qәdim tarixә malik olmasını göstәrmәklә yanaşı, onların qarşılıqlı әlaqәsini dә izlәmәyә imkan verir». Görünür, A.A.Bakıxanovun bir şeirində deyilən «boş laqqırtı nәyә lazım, xoş gәlsә dә hәr avaz...» misrası təsadüfən yaranmayıb.

«Laqqırtı» sözünün mənşəyini başqa bir çalğı alәti – laxqutu ilə də əlaqələndirənlər var. Laxqutu taxta zәrb alәtidir, içәrisindә xüsusi oyuqlar (bunlara rezonans oyuqları da deyilir) açılmış iki düzbucaqlı taxtadan ibarətdir. Onların xarici görünüşü sadәdir. Bu taxtaları nazik çubuqlarla döyәclәdikdә kifayәt qәdәr güclü sәslәr alınır.

Məsəllər, deyimlər

LİNÇ MƏHKƏ

►Adamların məhkəməsiz, qanunsuz olaraq vәhşicәsinә, qәddarlıqla, amansız şәkildәzalandırılması, sorğu-sual edilmədən barələrində hökm çıxarılması haqqında işlədilən ifadə.

İfadə ABŞ-da Linç soyadlı şəxsin özbaşına, guya ədalət məhkəməsi quraraq insanları qəddarlıqla cəzalandırması ilə bağlı yaranmışdır.

Bəziləri bunun kökünün XVIII əsrə gedib çıxdığını hesab edirlər. Belə ədalət məhkəmələrinin əsasını qoyan isə Virciniya sakini Vilyam Linç sayılır. O, qonşularından ibarət qeyri-rəsmi «polis» yaradaraq qanundan qaçan «günahkarları» cəzalandırırdı (bir çoxları belə dəstələrin yaradılmasını Virciniyanın başqa bir sakini Çarlz Linçin adına çıxırlar). Linç mәhkәmәsinә mәruz qalan adamlar döyülür, şikәst edilir, asılır, yaxud diri-diri yandırılırdı.

Sözlərin etimologiyasını araşdırmış Ayzek Azimov bu ifadənin etimologiyasını mədəni dünyanın illər ərzində formalaşdırdığı ədalət sisteminin mükəmməl olmadığı vaxtlarla əlaqələndirir. Təbii ki, belə hallar təqsirləndirilən şəxs tərəfindən törədildiyi iddia edilən cinayət hamıda qəzəb oyadanda (məsələn: Vəhşi Qərbdə at oğurluğu kimi) və ya günahkar şəxs əhalinin «qeyri-populyar» qrupuna (məsələn: zənci) mənsub olanda baş verirdi. Kütlə tərəfindən bu cür ədalət məhkəmələrinin qurulması Birləşmiş Ştatlarda (əsasən, cənubda) hətta XX əsrdə belə geniş yayılmışdı.

Başqa bir mənbə – «Deyli-teleqraf» qәzeti iddia edir ki, «Linç mәhkәmәsi» ifadәsinin tarixi daha qәdimdәn – XV әsrdәn başlanır və İngiltәrәdəki Holuey şәhәrinin meri olmuş Linçin adı ilə bağlıdır. Həmin mer İspaniyadan öz dostunun oğlunu qonaq çağırmışdı. Bu qonaq bir qız üstә merin oğlu ilә dalaşmış vә öldürülmüşdü. Bu cinayәtinә görә mer öz oğlunun asılması barədə әmr vermiş və işin icrasına heç kәs cәsarәt etmәdiyi üçün özü kəndiri qatilin boğazına keçirmişdi.

Məsəllər, deyimlər

MALBRUK SƏFƏRƏ HAZIRLAŞIR

►Adətən, uğursuz olacağı əvvəlcədən bilinən səfərə çıxan lovğa, təkəbbürlü, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adamlar haqqında kinayə ilə işlədilən ifadə.

İfadə Avropada diplomat və sərkərdə kimi məşhur olmuş Malbrukun adı ilə bağlı yaranmışdır.

Əslində, ifadə XVIII əsrdə ingilis hersoqu Con Çörçil Malboro (fransızlarda: Malbruk) haqqında yazılmış bir fransız mahnısının ilk sətridir. Mahnıda qadının öz müharibəyə getmiş ərini gözləməsindən bəhs edilir. Vaxt keçir və nəhayət, poçtalyon Malbrukun öldürülməsi haqqında xəbər gətirir. Poçtalyon həm də qadına təsəlli vermək üçün zabitlərin öz komandirlərini son mənzilə necə yola salmasından danışır, zabitlərin onun zirehini, qalxanını, uzun qılıncını necə aparmalarından bəhs edir.

1812-ci ildə Vətən müharibəsi zamanı Malbruk haqqında mahnı rus dilinə tərcümə olundu və Rusiyada çox məşhurlaşdı. Lakin rus variantında mahnının mətni çox dəyişdirilmişdi: orada döyüşdə deyil, qorxudan ölən sərkərdədən danışılırdı, təbii ki, bu variant Napoleona qarşı yönəlmişdi.

Getdikcə «Malbruk səfərə hazırlaşır» ifadəsi məcazi məna aldı: ya lovğa, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adam haqqında, ya da harasa getməyə, haranısa «fəth etməyə» hazırlaşan, amma bunun uğursuz olacağını əvvəlcədən bilən insana münasibətdə kinayə ilə işlədilir.

Məsəllər, deyimlər

MARAFON QAÇIŞI

►Uzaq və əzab-əziyyətli yola çıxmağa, perspektivli bir işə başlamağa münasibətdə işlədilən ifadə.

Lüğəti mənasına görə uzaq mәsafәyә qaçışı bildirən ifadə 25 әsr әvvәl baş vermiş yunan-İran müharibәsi zamanı bir döyüşçünün qeyri-adi şücaəti ilə əlaqәdar yaranmışdır.

O dövrdə Yunanıstan bir sıra kiçik şәhәr-dövlәtlәrdәn ibarәt idi. Qüdrәtli İran hökmdarı Dara hәmin şәhәrlәrә qoşun yeritmiş, elçilәr göndәrәrәk onların tabe olmalarını tәlәb etmişdi. Afinada vә Spartada Daranın elçilәrini quyuya tullamışdılar. Bunu eşidәn İran ordusu Marafon çölündә Ellada qoşunları ilә döyüşə başlamışdı. E.ә. 490-cı ildә baş vermiş hәmin döyüşdә sayca iranlılardan az olan, qat-qat pis silahlanan yunanlar qәlәbә çalmışdılar.

Yunan qoşununda cәld qaçmaq qabiliyyәti ilә fәrqlәnәn Fidippid adlı döyüşçü nәfәs dәrmәdәn 42,5 kilometr qaçıb Afinanın mәrkәzi şәhәr meydançasına çataraq sevinclә «qәlәbә» deyә qışqırmış, sonra ürəyi partlamışdı. Sən demə, döyüş әrәfәsindә Fidippid müttәfiqlәrdәn kömәk istəmək üçün Afinadan Spartaya vә oradan da geriyə, özü dә üstündəki silahlarını çıxarmadan qaçmalı olmuşdu. Әsasәn, dağ aşırımlarından ibarәt bu yolda o, təxminən 200 km mәsafә qәt etmişdi. Afinaya qayıdandan sonra isә iranlılara qarşı әlbәyaxa döyüşlәrdә iştirak etmәli olmuşdu.

Fidippidin sonuncu qaçışını xatirәlәrdә әbәdilәşdirmәk üçün «Marafon qaçışı» ifadəsi yarandı. Afinanın şimal-şәrqindә olan düzәnlikdә isə sonralar Marafon şәhәri salınmışdı.

Məsəllər, deyimlər

MERİLİN MONRO SİNDROMU

Sevgiyə və xoşbəxtliyə nail ola bilməyən uğursuz, bəxtsiz və talesiz qadınların belə vəziyyətə düşməsinin səbəbini izah etmək üçün işlədilən ifadə.

İfadə dünya kino ulduzu olan Merilin Monronun (19261962) adı ilə bağlıdır.

M.Monro zəngin, uğurlu, cazibədar qadın olmuşdur. Kişilər onu dəli kimi sevir, hər zaman böyük kütlə halında pərəstişkarları olurdular. Amma bütün bunlara baxmayaraq M.Monro çox bədbəxt idi. Onu daim «mən uğursuz, bədbəxt, sevgiyə və xoşbəxtliyə layiq olmayan qadınam» kimi fikirlər təqib edirdi. M.Monro ləyaqətli kişiləri rədd edir, amma ona dəyər verməyən kişilərə aşiq olurdu. O, mənasız intriqaları sevirdi, kişilərin apardığı mübarizələri izləməkdən həzz alırdı, amma zamanla bütün layiqli namizədlər onun şıltaqlıqlarından yorulub bezirdilər. Beləliklə, tez, ya gec o tək qalır, depressiyaya düşür, çoxlu sakitləşdirici dərmanlar və narkotik qəbul edirdi. Bu dərmanlara və stressə görə o, 36 yaşında dünyasını dəyişdi.

M.Monro sindromunun səbəbi nədir? Mütəxəssislərin fikrincə, bütün qadın kompleksləri hələ uşaqlıqdan toplanır. Erkən uşaqlıq illərində normal inkişaf üçün uşaq gərək valideynlərinin sevgi və qayğısını görsün, amma valideynlər övladlarına az diqqət göstərirlərsə, o zaman gələcəkdə həmin uşaq bu sevginin yerini başqa şeylərlə və daha çox əyləncələrlə doldurmağa çalışır. M.Monro kimi qadınlar asanlıqla kişiləri özlərinə aşiq edirlər, amma üstünlüyü onlara qarşı soyuq və laqeyd olanlara verirlər. Bu vəziyyət heç zaman xoşbəxt ailə vəd etmir. Belə olduqda isə qadın, adətən, özünü günahlandırır. Elə bu zaman da özünə qarşı inamsızlıq, ətrafı üçün lazımsızlıq kimi fikirlər yaranır.

Psixoloqlara görə, Merilin Monro sindromuna qalib gəlmək çox çətindir.

Məsəllər, deyimlər