►Hər hansı əşya, obyekt, proses və ya sistemin əsas əlamət və keyfiyyətlərini əks etdirməyə imkan verən bir şey.
İfadə dəniz şibyələrindən hasil edilən, turşuların təsiriylə kağıza qırmızı rəng verən, qələvilərin təsiriylə isə həmin kağızı göyərdən boyayıcı maddənin – lakmusun adından götürülmüşdür.
Hərfi mənada lakmus − qələvi və turşularda reaktiv qismində işlədilən, əsasən, turşuluğun indikatoru kimi istifadə olunan lakmus məhlulu hopdurulmuş süzgəc kağızıdır. İfadənin məcazlaşması da məhz həmin kağızın turşuluğu bir indikator kimi özündə əks etdirməsi ilə bağlı yaranmışdır.
Lakmus maddəsindən ilk dəfə ispan həkimi və kimyaçısı Arnoldus de Villanova təxminən 1300-cü ildə kimyəvi reagent və digər maddələrin indikatoru kimi istifadə etmişdir. XVI əsrdən başlayaraq Hollandiyada dəniz şibyələrindən (daha çox kəvərə oxşayan göyərtidən) sənaye üsulu ilə mavi lakmus hazırlanmağa və ixrac edilməyə başlandı. 1704-cü ildən həmin indikator holland dilindən götürülmüş indiki «lakmus» (sıyıq halına gətirilmiş şibyə məhlulu) adını aldı. Əvvəllər lakmusu, əsasən, mineral suların tədqiqi zamanı istifadə edirdilər, amma sonradan onunla kimyaçılar da maraqlanmağa başladılar.
İfadə daha çox bir şeyin indikator, göstərici olduğunu bildirmək üçün işlədilir.
Məsəllər, deyimlər