►Adәtәn, yay fәslinin ikinci yarısının başlandığını, havaların nisbətən sərinlədiyini bildirən ifadə.
İfadә yayın ikinci yarısında səmada quyruqlu ulduzun görünməsi ilә bağlı yaranmışdır.
Böyük maarifçi Həsən bəy Zәrdabi bu ifadәni belә izah edir: «Bizim göy üzündə gecәlәr görükәn ulduzların hamısı hәmişә görünmәyir. Elә ulduz var ki, ilin bir vaxtında görünür, qeyri vaxtlarında görünmәyir vә bir dә ulduzlar çox olduğuna onları bir-birindәn aralamaqdan ötrü onları dәstә-dәstә edib hәr bir dәstәyә bu dәstә oxşadığı şeyin, ya heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dәstәlәrinә cürbәcür adlar qoyublar. O cümlәdәn onların bir dәstәsinә quyruq deyirlər ki, hәqiqәt heyvan quyruğuna şәbahәti var...»
Bәzilәri «quyruq doğmaq» ifadəsini yayın ikinci yarısında quyruqlu ulduzun görünməsi ilә әlaqәlәndirirlәr. Quyruq doğandan sonra hava bir az sınır və milçәk azalır, amma bununla belә, aranda yeni şiddətli istilәr keçir vә o səbəbdən də avqust ayı camaat arasında «qorabişirәn ay» kimi səciyyələndirilir.
Dilimizdə işlənən «quyruq doğan ay», «quyruq doğanda» vә s. tәrkiblər dә haqqında danışdığımız ifadə ilə әlaqәdardır.
Məsəllər, deyimlər