►Bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə işlədilən ifadə.
İfadə XVI əsrdə Avropada din xadimləri əleyhinə başlanmış açıq etiraz hərəkatı ilə bağlı yaranmışdır.
1511-ci ildә Erazm Rotterdamskinin «Axmaqlığın mәdhi» әsәri nәşr olundu. Burada xristian dini vә Roma papası әlә salınırdı. Bundan sonra üzәrindә papanın şәkli hәkk olunmuş jeton medallar buraxılmağa başladı. Lakin bu medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başladı.
Müasir dilimizdə bu ifadə «bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. şəkillərdə də işlədilir.
Məsəllər, deyimlər