Quruluşu və mənası nəzərə alınmaqla sözün yeni sətrə hecalarla keçirilməsi.
Sözün sətirdən-sətrə keçirilmə qaydaları aşağıdakılardır: 1) söz yeni sətrə bütöv hecalarla keçirilir: mək-təb, ka-ğız, sen-tyabr və s.; 2) sözün bircə saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: u-şaq, ə-ziz, i-lan, bədi-i, mətbə-ə və s.; 3) qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: rəs-sam, sir-daş və s. 4) rəqəmlə yazılan saya aid şəkilçiləri, ixtisarla yazılan ölçü vahidlərini, eləcə də bəzi şərti işarələri rəqəmdən ayırıb yeni sətrə keçirmək olmaz: 2016-cı, 15 kq, 100% və s. 5) Mürəkkəb sözlərdə sözün sətirdən-sətrə keçirilməsi zamanı heca bölgüsü ilə yanaşı, sözün tərkib hissələrinin bütövlüyü də nəzərə alınır: ya-rım-a-da, kək-lik-o-tu və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin və şəkilçilərin birləşdirilməsindən ibarət söz yaratma.
Söz yaradıcılığı həm morfologiya, həm də leksikologiya ilə əlaqədardır. Morfologiya fənni kimi söz yaradıcılığında sözün morfoloji strukturu (quruluşu) öyrənilir. Leksikologiyada isə söz yaradıcılığının leksik-semantik tərəfləri öyrənilir. Dilçilikdə söz yaradıcılığının üç yolu daha geniş yayılıb: morfoloji (düzəltmə sözlər), sintaktik (mürəkkəb sözlər) və leksik yol (hər hansı sözün müəyyən səbəblə başqa məna qazanması: bazar – həftənin günü və alış-veriş yeri).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSual məqsədilə (sual verib cavab almaq məqsədilə) işlədilən cümlə.
Kommunikativ baxımdan sual cümləsi nəqli, əmr və nida cümlələrinə qarşı qoyulur. Sual cümləsinin işlədilməsində əsas məqsəd məlumat almaq, əldə olan məlumatı dəqiqləşdirməkdir; məs.: Sənin ana dilin nədir? Sənin ana dilin Azərbaycan dilidir? Bəzi sual cümlələri cavab tələb etmir: Adam da özündən böyüyə əl qaldırar? Bu tipli sual cümlələri, əsasən, bədii üslubda işlədilir və ritorik sual adlanır. Yazıda sual cümləsindən sonra həmişə sual işarəsi qoyulur. Sual cümlələri yaranma yoluna görə üç yerə bölünür: 1. Sual əvəzliklərinin köməyi ilə: Siz hara gedirsiniz? Atan necədir? 2. Sual ədatlarının (-mı4, yəni, bəs, məgər, ki) köməyi ilə: Gəldinmi? Bəs o, kimi çağırdı? 3. Yalnız sual intonasiyasının köməyi ilə: Sən evə gedirsən? Bu yolla yaranan sual cümlələri nəqli cümlələrə yaxın olur. Sadəcə, cümlənin xəbərinin sonu bir az uzun tələffüz olunur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSual cümlələrinin təsir gücünü artırmağa xidmət edən bəs, məgər, -mı4, ki, yəni ədatları.
Nümunə: Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan? (M.İbrahimov). Bir yerə getmirsən ki? Siz məgər onu buradakı qüvvələrdən ayıra bilməzsiniz? və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşya, onun əlaməti, miqdarı, hərəkəti və s. haqqında sual bildirən əvəzlik: kim? nə? hansı? necə? neçə? hara? nə qədər? nə vaxt? və s.
Bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Sual əvəzlikləri əvəz etdikləri nitq hissələrinin əlamətlərini özündə daşıyır. Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edir. Quruluşca sadə (nə? hara?), düzəltmə (neçənci?) və tərkibi (nə etdi? nə üçün?) olur. Bu əvəzliklər sintaktik funksiyaca baş və budaq cümlələrin əlaqələnmə vasitəsi kimi işləndikdə sual əvəzliyi deyil, bağlayıcı söz hesab olunur: Nə vaxt dediklərimə əməl edərsən, onda danışarıq.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSual cümləsindən sonra qoyulan durğu işarəsi (?); məs.: Bu gün havanın temperaturu neçə dərəcədir?
Bundan əlavə, həmcins üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çarpdırmaq istədikdə onlardan sonra da sual işarəsi qoyulur. ...Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu zavallı heykəlimi və yaxud alman dahisi böyük Şiller özümü? (C.Cabbarlı) Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da mötərizə içərisində sual işarəsi qoyulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTonun yüksəlməsi ilə səciyyələnən intonasiya.
Azərbaycan dilində sual ifadə edən söz daha yüksək tonla tələffüz edilir. Sual intonasiyası ilə tələffüz edilən cümlələr sual cümləsi adlanır. Nəqli və ya əmr cümlələrini sual intonasiyası ilə tələffüz etdikdə sual cümləsi yaranmış olur; məs.: Bu gün dərsə hamı gəlmişdi (nəqli cümlə). Bu gün dərsə hamı gəlmişdi? (sual cümləsi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaşqa nitq hissələrinə aid sözlərin ismin leksik-qrammatik xüsusiyyətlərinə malik olması.
Əşyanın əlamətini, keyfiyyətini, miqdarını bildirən sözlər əşyanın özünü ifadə etdikdə substantivləşir. Bu zaman onlar ismin yerində işlənərək ona aid qrammatik şəkilçiləri (hal, mənsubiyyət, cəm və xəbərlik) qəbul etmiş olur; məs.: Acın toxdan xəbəri yoxdur. Üçdə alacağı yox, beşdə verəcəyi. Əmması var.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. süjet – predmet
Әsәrin mәzmununu tәşkil edәn, bir-biri ilә bağlı olan hadisәlәrin səbəb-nəticə ardıcıllığı.
“Süjet” və “fabula” anlayışları bir-biri ilə çox yaxın olub epik, dramatik, yaxud lirik-epik əsərlərə aid edilir. Lakin fabuladan fərqli olaraq süjet əsərdə təsvir olunan hadisələrin baş verdiyi xronoloji ardıcıllığı nəzərdə tutur. Bu hadisələr müəllif tərəfindən başqa ardıcıllıqla təsvir oluna bilər. Həmin ardıcıllıq fabula adlanır. Bir çox ədəbiyyatşünaslar bu terminlərin izahında sözlərin etimologiyasından çıxış edirlər. Belə ki, mənşəcə “predmet” anlayışını ifadə edən süjet hadisələrin özünü, “hekayə” anlayışını ifadə edən fabula isə hadisələrin nəqlini nəzərdə tutur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti