Çörək bişirməklə bağlı oxunan əmək nəğmələri.
T. təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzən xəmir yoğrularkən və kündələr salınarkən qadınlar təndirbaşı zümzümə edirlər:
Ay bacım, bacım,
Yağlıdı sacım,
Kündəsin yayım,
Ətəyin açım.
Xəmirim, hallı xəmirim,
Çörəyi ballı xəmirim.
T.-ın bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş (fətir) bişirilərkən oхunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti