Azərbaycan şifahi xalq ədəbiyyatında şən əhvali-ruhiyyəli komik əsər.
Qaravəlli məclislərdə dastan, nağıl söyləməyə başlayarkən və ya bir epizoddan başqa epizoda keçərkən aşıq və ya nağılbazların söylədiyi kiçik yumoristik əsərdir. Adətən, dinləyicilərin diqqətini cəlb etmək (motivasiya yaratmaq), onları epik əsərin gərgin epizodları ilə çox yormamaq məqsədilə deyilir.“Oğru molla”, “Qudurğan axund”, “İsfahan keçəli”, “Kərəm və Şeyx”, “Qazi” kimi qaravəllilər məşhurdur. Qaravəllinin məzmun və formasında həm nağıl, həm də lətifə ünsürləri vardır: «Keçmişdə fağır bir kişi var idi. Bu kişi arvadını çox istəyirdi. Arvadı da evdən bayıra çıxmazdı. Əri ona «qapı-bacaya çıx» deyəndə o cavab verərdi: – A kişi, quşların, heyvanların içərisində erkəkləri də var. Onlar naməhrəmdi, onun üçün qapı-bacaya çıxmıram. Mənim üzümü görərlər, günaha bataram, o dünyada cəhənnəmlik olaram».
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklorun qədim janrlarından biri: nifrət, kin ifadə edən söyləmə.
Alqışın əksi olaraq qarğışlar qarşı tərəfə ölüm, uğursuzluq, faciə arzularını ifadə edən deyimlərdir; məs.: “Adını daşlara yazım”, “Qulağına pambıq tıxım”, “Boyuna qamış ölçüm”, “Yurduna süpürgə çəkilsin”, “Əlin bel tutmasın” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümləni əmələ gətirən tabesizlik bağlayıcıları.
Qarşılaşdırma bağlayıcıları bunlardır: amma, ancaq, lakin, fəqət, halbuki, isə. Bu bağlayıcılar iki zidd anlayışı və fikri bir-birinə bağlayır; məs.: Ana soyuqdan, şaxtadan donmuşdu, uşaq isə sağ-salamat idi (Ə.Məmmədxanlı). Yerbəyerdən danışıqlar eşidildi, amma Kamandarın səsi hamının səsini üstələdi (İ.Məlikzadə). Qarşılaşdırma bağlayıcılarından əvvəl (isə istisna olmaqla) cümlə daxilində vergül qoyulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədən əvvəl gəlib məzmunu baş cümlənin məzmunu ilə qarşılaşdırılan budaq cümlə.
Qarşılaşdırma budaq cümləsinin üç tipi vardır: 1. Budaq cümlənin xəbəri -sa2 şərt şəkilçisi və da, də, belə ədatları ilə işlənir. Bu zaman budaq cümlənin tərkibində nə qədər, hər nə qədər bağlayıcı sözləri işlənə bilər; məs.: Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, (yenə) nəzərini çəkə bilmirdi (Mir Cəlal). 2. Budaq cümlədə işlənən hərçənd, düzdür, doğrudur kimi sözlərə müvafiq olaraq baş cümlədə amma, ancaq, lakin bağlayıcıları işlədilir; məs.: Hərçənd bir az tezdir, amma zərəri yoxdur (Ə.Vəliyev). 3. Budaq cümlənin tərkibində müxtəlif hallara düşən hara, kim, nə, necə, nə vaxt sözləri işlənir, xəbəri isə feilin təkrar forması ilə ifadə olunur; məs.: ...haralı olur-olsun, adam olsun (M.İbrahimov). Nə vaxt yatır-yatsın, səndən tez ayılacaq (M.İbrahimov).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesiz mürəkkəb cümlələrdə iş və hadisələrin bir-biri ilə ziddiyyət təşkil etdiyi tərkib hissələri arasındakı məna əlaqəsi.
Qarşılaşdırma məna əlaqəsi intonasiya, qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin, fəqət, isə) və antonim sözlərin köməyi ilə əlaqələnir; məs.: Sənin atan ağıllı kişidir, sən ona oxşamamısan. Hamı irəliyə gedir, sən geriyə. O çox təmkinlidir, sən isə çılğınsan.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBağlayıcı sözün iştirakı ilə yaranan tabeli mürəkkəb cümlənin baş cümləsində həmin bağlayıcı sözlə əlaqələnən əvəzlik-qəlib.
Nümunə: Kim yaxşı oxuyub, onu seçdilər. Kim ki ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir bada (N.Gəncəvi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİsmin yerində işlənən və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirən əvəzlik.
Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab verir. Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə, biri, kimi, kimsə düzəltmə, hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdir). Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır. Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur; məs.: Hər kəs razılıqla qarşıladı (mübtəda). Hərənizə bir söz deyəcəyəm (tamamlıq).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirən saylar.
Qeyri-müəyyən miqdar saylarına aşağıdakıları aid etmək olar: 1. Az, çox, xeyli, çoxlu və s. 2. Yuvarlaq müəyyən miqdar saylarına -larla2, -larca2 şəkilçilərini artırmaqla əmələ gələn qeyri-müəyyən miqdar sayları: onlarla, minlərlə, milyonlarca və s. 3. Bir sayının müxtəlif sözlərlə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları: bir sıra, bir çox, bir az və s. 4. Müxtəlif sayların birlikdə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları, yaxud təqribi (təxmini) saylar: on-on beş (10–15), üç-dörd (3–4) və s. Qeyri-müəyyən miqdar sayı bildirən bəzi sözlər həm də zərf rolunda çıxış edir; məs.: çox adam (say), çox danışır (zərf).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXəbər əsasında formalaşan iş və hərəkətin subyektinin qeyri-müəyyən olduğunu bildirən sadə cümlə.
Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda iştirak etmir və xəbər həmişə III şəxsin cəmində olur. Bu cümlələrdə çox zaman elə bil, sanki, guya ki, deyəsən və s. modal sözlər işləni; məs.: Elə bil arxadan kürəyimə bıçaq sancdılar. Müəyyən şəxsli cümlələrdə də xəbər III şəxsin cəmində olur. Lakin bu cümlələrdə söhbət konkret subyektdən gedir; məs.: Sonra bizi meşəliyə apardılar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti