Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alqış

Nəcib, xeyirxah dilək ifadə edən söyləmə; folklorun ən qədim janrlarından biri.

Alqış xeyirxahlıq, xoş arzular, təbrik, sevinc, mehribanlıq ifadə edir. Nəzm və nəsr şəklində olur. Konkret forma və həcmlə məhdudlaşmır. Dilimizdə etiket şəklində mövcud olduğu kimi (Ayağı yüngül olsun! Əlin var olsun! Namərdə möhtac  olmayasan!), eyni zamanda bədii əsərlərdə də alqışların orijinal nümunələrinə rast gəlinir; məs.: “Qaba ağacın kəsilməsin” (“Kitabi-Dədə Qorqud”), “Möhtərəm şairə salamlar olsun! / Bu dünya durduqca o da var olsun!” (S.Vurğunun “Vaqif” dramı).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti