lat. applicatio – yapışdırma
Nitqin ekspressivliyini artırmaq məqsədilə hər hansı məşhur ifadənin bir qədər dəyişdirilmiş formada işlədilməsi.
A. zamanı hər hansı frazeoloji birləşmə, məsəl, atalar sözü və ya aforizmin məzmunca dəyişməsi başqa məna çaları yaradır. Lakin yeni ifadənin orijinalla bağlılığı aydın görünür. M.Qorkiyə aid edilən “Sürünmək üçün yarananlar uça bilməzlər” aforizminin rumın yazıçısı V.Butulesku tərəfindən “Sürünmək üçün yarananlar heç vaxt büdrəməzlər” şəklində işlədilməsi A.-ya misal ola bilər. A.-ya bədii və publisistik mətnlərdə, eləcə də şifahi nitqdə rast gəlmək mümkündür. Məsələn, “Allahın şəriki yoxdur” cümləsinə “... şərikin də Allahı” ifadəsinin artırılması A. sayıla bilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. apotheosis – ilahiləşdirmə
Qədim yunanlarda hökmdarın və ya qəhrəmanın ilahiləşdirilməsi səhnəsi.
Teatr tamaşasında, adətən, xalq qəhrəmanını tərənnüm edən son təntənəli səhnə də A. adlanır. A. kütləvi-monumental xarakter daşıyır. S.Vurğunun “Vaqif” dramında Eldarın başçılığı ilə kütləvi səhnəni A. adlandırmaq olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. apocalipto – ilahi kəşf, açıqlama
Dünyanın axırı (apokalipsis) haqqında elmi-fantastik əsərlər.
A.-nın ilk nümunələrindən biri M.Şellinin “Sonuncu adam” (1826) romanıdır. Sonrakı dövrlərdə E.Po, H.Uels, S.Kinq və başqaları bu janrda yazıb-yaradıblar. XX əsrin II yarısında “soyuq müharibə” dövründə A. daha geniş vüsət aldı. Bu əsərlərdə dünyanın sonu ilə bağlı müxtəlif versiyaların bədii təsviri verilir: təbiət kataklizmləri (qlobal vulkan, zəlzələ, sunami, iqlim dəyişikliyi), robotların üsyanı, yadplanetlilərin hücumu, nüvə müharibəsi, planetlərarası müharibə və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. apokripha – saxlamaq, gizləmək
Xristianların müqəddəs kitabı ilə üst-üstə düşməyən və rəsmi din xadimləri tərəfindən rədd edilən dini ədəbiyyat.
Kilsəyə asi çıxan təriqətlərin inkişafı ilə əlaqədar olaraq A.-lər din əleyhdarlarının əlində mübarizə silahına çevrilmişdi. Bəzi klassik yazıçılar A.-dən bir tarixi-ədəbi məxəz kimi istifadə etmişlər. Dantenin “İlahi komediya”, F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsərlərində A.-lərdən biri yad edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMövzusu keçmiş dövrlərlə bağlı olan əsərlərdə arxaizmlərin işlədilməsi ilə səciyyələnən üslub.
Nümunə: “... Yerə palaz sərdi, bir misqal da un itməsin deyə üstünə dəstərxan döşədi, torbadan ovuc-ovuc aldığı arpanı əldaşının boğazına töküb dəstəyindən yapışdı və fırlatmağa başladı” (Ə.Cəfərzadə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. archaios – qədim
1. Müasir dövrdə ünsiyyət prosesində işlədilməyən köhnəlmiş söz və ifadələr.
A.-lər ümumişlək olmayan sözlər kateqoriyasına daxildir; məs.: sayru (xəstə), damu (cəhənnəm), həp (hamı) və s. Folklorda və klassik ədəbiyyatda tez-tez rast gəlinən A.-lər müxtəlif səbəblərdən dilin fəal lüğət tərkibindən çıxmışdır. Bəzi hallarda sözün ifadə etdiyi anlayış özü köhnəlmiş (sultan, qazi, çuxa, bəylərbəyi və s.), digər hallarda isə söz başqa bir sözlə (yey – yaxşı, pitik – məktub və s.) əvəz olunmuşdur.
2. Müxtəlif məqsədlərlə arxaik söz və ifadələri işlətməkdən ibarət leksik fiqur; məs.: “mən” əvəzinə “bəndeyi-həqiriniz” və s.
Müasir dövrdən bəhs edən əsərlərdə də bəzən A.-lərə rast gəlmək olur. Bu zaman həmin sözlər obrazın gülünc, satirik simasını açmağa kömək edir. C.Cabbarlının “Almaz” pyesindəki Ocaqqulunun işlətdiyi xaliq, cədd, həzərat kimi sözlər bu surətin xarakterini açmaq üçün işlənmiş A.-lərdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. archetypon – ilkin nümunə, ilkin obraz
Şifahi xalq ədəbiyyatında geniş istifadə olunan qədim mifoloji süjet, ideya və obrazlar.
A. anlayışını ilk dəfə elmə gətirən Karl Qustav Yunq olub. Azərbaycanda bu mövzunu fəlsəfi-psixoloji aspektdə professor Həsən Quliyev özünün “Qorqud nəslinin arxetipləri”, “Arxetipik azəri” əsərlərində ətraflı tədqiq edib. Azərbaycan ədəbiyyatında A.-in bariz nümunələrindən biri Təpəgöz obrazıdır. “Kitabi-Dədə Qorqud” dastanında və bir çox nağıllarımızda rast gəlinən bu obraz antik yunan ədəbiyyatındakı oxşar obrazla – Siklopla müqayisə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiUşağın böyüməsi, sağlamlığı, toyu, xoşbəxt həyatı və s. ilə bağlı məişət nəğmələri.
A.-da ananın uşaqlarla bağlı hiss və düşüncələri, qayğıları, diləkləri öz əksini tapır. A. formaca müxtəlif olur. Onların içərisində bir beytlik parçalara: Balama qurban dayçalar, / Balam haçan əl çalar kimi deyimlərə rast gəlmək olur. A. beşhecalı deyimlər şəklində də təzahür edir:
Heyvası, narı,
Әlimin barı,
On sap mirvarı
Gələr qızımçün.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. asyndeton – əlaqəsiz
Üslubi fiqur: fikri daha ekspressiv çatdırmaq üçün söz və ifadələr arasında bağlayıcıdan imtina edilməsi; məs.: Əti mənim, sümüyü sənin.
A. nitqə dinamika verir, təsvirlərin, təəssüratların, hərəkətlərin sürətlə əvəz olunmasına imkan yaradır. A.-a ən bariz nümunə Yuli Sezarın “Gəldim, gördüm, qələbə çaldım” (Veni, vidi, vici) ifadəsidir. A. nəzm əsərlərində ritm və ahəngi artıran xüsusiyyətlərdəndir:
Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən,
El dərdinə qalmayanlar çıxsın bizim cərgədən! (S.Vurğun)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSəma cisimləri – ulduzlar, bürclər, planetlər, eləcə də Günəş və Ayla əlaqədar olan əsatirlər.
A.M. dünyanın müxtəlif xalqlarının mifologiyasında mövcuddur və əsasən, astral ayinlərlə bağlıdır. Əkinçiliyə qədərki mədəniyyətlə bağlı olan erkən A.M. üçün “hərəkətsiz” ulduzlara daha çox diqqət yetirilməsi xarakterikdir. A.M.-in daha mükəmməl kompleksləri kənd təsərrüfatının inkişaf etdiyi Qədim Misir, Babil və Meksikada yaranıb. Burada astronomik müşahidələr kənd təsərrüfatı üçün vacib olan təqvimlə sıx əlaqədə olub. Bu mədəniyyətlərə aid A.M.-də “hərəki” səma cisimlərinə: Günəşə, Aya və “sərgərdan ulduzlara” – planetlərə böyük diqqət yetirilməsi xarakterikdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti