Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

arzulamalar

Uşağın böyüməsi, sağlamlığı, toyu, xoşbəxt həyatı və s. ilə bağlı məişət nəğmələri.

A.-da ananın uşaqlarla bağlı hiss və düşüncələri, qayğıları, diləkləri öz əksini tapır. A. formaca müxtəlif olur. Onların içərisində bir beytlik parçalara: Balama qurban dayçalar, / Balam haçan əl çalar kimi deyimlərə rast gəlmək olur. A. beşhecalı deyimlər şəklində də təzahür edir:

Heyvası, narı,

Әlimin barı,

On sap mirvarı

Gələr qızımçün.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti