Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

çarpaz qafiyə

Şeirin dördlük bəndlərində birinci və üçüncü, eləcə də ikinci və dördüncü misraların öz aralarında yaratdığı qafiyə.

Bu qafiyə növü geniş yayılıb. Ə.Cavad, S.Vurğun, M.Müşfiq, N.Xəzri, M.Araz və digər şairlərimiz öz şeirlərində çarpaz qafiyədən geniş istifadə ediblər; məsələn:

Həyat dedikləri şübhəli bir şey,

Ölümsə şübhədən çıxmaq deməkdir.

Bu qəmgin təranə, bu kədərli ney,

Varlığı heçlikdə boğub yeməkdir.  (S.Vurğun)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

çarparə

fars. çahar parə – dörd parça, dörd hissə

XIX əsrdən etibarən Azərbaycan poeziyasında yer alan və o qədər də geniş yayılmayan şeir şəkillərindən biri.

Ç.-nin quruluşu 4 misralı bəndlərə əsaslanır. 10 hecadan ibarət hər misrası iki bərabər (beşhecalı) yarımmisraya bölünür. Bəzən yarımmisralar da öz aralarında qafiyələnir. Ç.-lər öz ritmikliyi, oynaqlığı, təqtilərin ideal proporsionallığı ilə seçilir. Ç.-nin klassik nümunələrini Azərbaycan poeziyasında Seyid Әbülqasim Nəbati yaradıb. XIX əsr Azərbaycan şairlərindən Seyid Nigarinin Ç.-sindən bir bənd:

Çəkmişəm cəfa, eylə bir vəfa,

Səndə əl əta, can sənə fəda,

Rahi-mehirdə zarü-binəva,

Tarikül-vətən bir mənəm, mənəm.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti