Əşya, obyekt bildirən, ismin adlıq və yiyəlik hallarından başqa qalan hallarda işlənən ikincidərəcəli cümlə üzvü.
Tamamlıqlar quruluşca sadə və mürəkkəb olur. Sadə tamamlıqlar nitq hissələri ilə (sözlərlə) ifadə olunur: Sənin üçün su alımmı? Vətən məni çağırır. Mürəkkəb tamamlıqlar II və III növ təyini söz birləşmələri, mürəkkəb adlar, məsdər və feili sifət tərkibləri ilə ifadə olunur: Onun evə qayıdacağını heç bilmirdi. İradəsinə zidd getməyi xoşlamırdı. Tamamlıqlar iki cür olur: vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Təsirlik halla ifadə olunan tamamlıqlar vasitəsiz, digərləri isə vasitəli tamamlıqlardır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti