lat. apparatus – avadanlıq
1. Bir-biri ilə əlaqəli hissələrdən ibarət və vahid funksiyanı yerinə yetirmək üçün yararlı cihaz, qurğu; məs.: fotoaparat.
2. Müəyyən strukturun tərkibində idarəçilik orqanlarının məcmusu, yaxud bir təşkilatın inzibati işlərlə məşğul olan əməkdaşlarının cəmi; məs.: teleşirkətin aparatı.
See also:
Jurnalistika terminləri lüğətilat. apparatus – avadanlıq
Teleradio şirkətində spesifik texnoloji proseslərin həyata keçirilməsi üçün xüsusi avadanlıqla təchiz olunmuş otaq.
A.O.-ları müxtəlif olur (səsyazma A.O.; montaj A.O.; efir A.O. və s.) və onlar aparat-studiya blokunun hissələrini təşkil edir.
See also:
Jurnalistika terminləri lüğətiTeleradio proqramlarının formalaşdırıldığı və yekun mərhələyə çatdırıldığı mərkəz.
ASB-nin tərkibinə studiyalar və aparat otaqları daxildir. Bu studiya və aparat otaqlarının sayı, təchizatı radio və TV-nin texniki bazasından, yayım gücündən, onun statusundan asılıdır.
See also:
Jurnalistika terminləri lüğətiTeleradio verilişinin hazırlanmasında efirəqədərki yaradıcılıq prosesinin iştirakçısı olan və onu efirdə auditoriyaya təqdim edən jurnalist.
A. verilişin komponentlərini əlaqələndirir, yeri gəldikdə izahat verir, öz əlavələrini bildirir, mikrofon qarşısında söhbətin gedişini nizamlayır, diskussiyaya moderatorluq edir. A.-nın diktordan əsas fərqi onun həm verilişin hazırlanması, həm də efirdə auditoriyaya təqdim edilməsi zamanı məsələlərə fəal müdaxilə səlahiyyətinə malik olmasındadır. Verilişin redaktoru, həmçinin xüsusi dəvət edilmiş mütəxəssis və ya publisist də A.-lıq edə bilər.
Jurnalistika terminləri lüğətiyun. apologia – müdafiə, haqq qazandırma
Həddən artıq qızğın müdafiə; hədsiz tərif.
İlkin mənada Qədim Yunanıstanda məhkəmələrdə müdafiə nitqlərini A. adlandırır (məs.: Platonun və Ksenofontun «Sokratın A.-sı» əsərləri), Qədim Romada xristianlığın fəal müdafiəsinə çıxış edənlərə apologetlər deyirdilər. Çağdaş anlamda isə A. «şişirdilmiş tərif», «məddahlıq» söz və ifadələrinin sinonimi kimi işlənir.
Jurnalistika terminləri lüğətilat. planum – müstəvi
Çəkilişin əsas mövzusu ilə bağlı olan, lakin onun bilavasitə tərkib hissəsi sayılmayan hərəkətin, obyektin təsviri.
A.P. diqqəti əsas hərəkətdən, obyektdən müvəqqəti yayındırmaq, yaxud onlara əlavə şərh vermək məqsədi daşıyır. Texniki baxımdan A.P.-dan montaj prosesində istifadə olunur. Bir sıra hallarda verilişin, müsahibənin çəkilişi bitdikdən sonra rejissorlar operatorlara əlavə olaraq A.P.-lar hazırlamağı tapşırırlar. Danışan adamın əlini, masanın üstündəki qələmi, zalda əyləşənləri və s.-ni əks etdirən kadrlar A.P.-a misal ola bilər.
See also:
Jurnalistika terminləri lüğətilat. planum – müstəvi
1. Televiziya və kino kadrında, fotoşəkildə əks olunmuş məkanın şərti bölgüsü zamanı müşahidə nöqtəsindən ən uzaqda görünən hissə.
2. Məcazi mənada: az əhəmiyyət kəsb edən, o qədər də vacib olmayan yer, mövqe; məs.: A.P.-a keçirilmiş məsələ.
See also:
Jurnalistika terminləri lüğətiyun. arche – başlanğıc + yun. typos – iz, obraz
1. İlkin obraz, orijinal; mədəniyyətin əsasını təşkil edən və nəsildən nəslə ötürülən simvol.
Jurnalistikada A.-lərdən auditoriyanın hislərinə təsir etmək, onu inandırmaq məqsədilə geniş istifadə olunur. Sonunda işıq görünən tunellə hərəkət edən qatar, dimdiyində zeytun budağı tutmuş ağ göyərçin kimi sadə fotoşəkillərin xüsusi populyarlığı məhz onların A.-lərlə sıx bağlı olmasından irəli gəlir. Məqalələrin başlıqlarında, verilişlərin adlarında «ocaq», «vətən» kimi A.-lərə tez-tez rast gəlinir. Bu baxımdan A. jurnalistikada, reklamçılıqda, pablik rileyşnz informasiyanın auditoriyaya ötürülməzdən əvvəl emalının, media obrazlarının yaradılmasının mühüm alqoritmi rolunu oynayır.
2. Ədəbiyyatda, mediada tez-tez təkrarlanan, insanlara tanış olan obrazlar, süjetlər, motivlər.
Belə obraz və süjetlər vasitəsilə (məsələn, karikaturalarda) cəmiyyətin heç vaxt görmədiyi, çıxışını eşitmədiyi insanlar haqqında güclü ictimai rəy formalaşdırıla bilər.
Jurnalistika terminləri lüğətilat. archivum – saxlanc yeri
1. İstifadə edilmiş sənədlərin, o cümlədən qəzetlərin, jurnalların, verilişlərin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən dövlət təşkilatları və ya idarələrinin, redaksiyaların struktur bölmələri.
2. Hər hansı şəxsin həyat və fəaliyyətinə dair sənədlərin (əlyazmaların, məktubların, şəkillərin və s.) saxlandığı yer, habelə bu sənədlərin toplusu.
3. Bir çox faylların, video və fotomaterialların rəqəmsal formatda saxlandığı server.
Jurnalistika terminləri lüğətiNeo-qrotesk qrupuna aid edilən kompüter şrifti növü.
1982-ci ildə Amerikanın Monotype Typography şirkətinin sifarişi ilə populyar Helvetica şriftinin forma və ölçülərinə uyğun olaraq yaradılıb və ilk vaxtlar Sonoran Sans Serif adlanıb. Kompüterdə mətnlərin yığılmasında və çapında geniş istifadə olunan A.-ın bir sıra modifikasiyaları var.
Jurnalistika terminləri lüğətiMüəyyən sosial qrupun qapalı spesifik dili.
A.-dan bəzi sosial qruplar fərqlənmək, öz aralarında danışığın məğzini digərlərindən gizli saxlamaq üçün istifadə edirlər. A.-da sözlərin çoxu başqa dillərdən götürülmüş, mənası və forması dəyişdirilmiş ifadələrdən ibarətdir. Dar mənada A. çox vaxt cəmiyyətin ən aşağı təbəqələrinin, oğruların, cinayətkar ünsürlərin, dilənçilərin dili kimi başa düşülür. Bunun səbəbi terminin mənşəyi ilə əlaqədardır. A. termininə yazılı mənbələrdə ilk dəfə XVII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlinir və onun həmin dövrdə Fransada oğrulara verilmiş addan (les argotiers) yarandığı güman edilir. A.-nun ilk tədqiqatçılarından biri yazıçı Viktor Hüqo olub. O, 1862-ci ildə «Səfillər» romanında A.-nu «səfillərin dili» kimi təsvir edib, sonradan isə onu «əzabın dili» adlandırıb.
See also:
Jurnalistika terminləri lüğətilat. artefactum < arte – süni + lat. factus – düzəldilmiş
1. İnsan fəaliyyətinin nəticəsi olan, süni surətdə yaradılmış istənilən obyekt.
Bu sıraya bütün süni sosial-mədəni informasiya daşıyıcıları, kommunikasiya vasitələri daxildir.
2. Verilənlərin kodlaşdırılması nəticəsində yaranan, əvvəllər onlara xas olmayan keyfiyyətlər; məs.: kodlaşdırılmış mətndə, təsvirdə meydana gələn əlavə detallar.
Jurnalistika terminləri lüğəti