Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sənəd reyestri

lat. regestrum – siyahı

İctimai vəzifələrin yerinə yetirilməsi nəti­cəsində yaradılan və əldə olunan sənədləşdirilmiş informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusu.

S.R.-nin formalaş­dırılmasının informasiya ehtiyatlarının ­uço­tunun və monitorinqinin aparılması, in­­for­masiya sistemlərinin layihə­lən­diril­məsi, yaradılması və istifadəsinin əlaqələn­diril­məsi, informasiya sorğularının tam, dəqiq və operativ cavablandırılması kimi məq­sədləri var. S.R. informasiya ehtiyatları haq­qında elektron və kağız daşıyıcılarda olan məlumatlardan ibarətdir.

See also:

Jurnalistika terminləri lüğəti

sərhədsiz jurnalistika

Dünya media­sının istənilən ölkədə baş verən neqativ pro­seslərə ciddi reaksiya verməli olduğunu id­dia edən konsepsiya.

Bu konsep­si­ya­nın tərəfdarları qloballaşmanın jurnalistikadan da yan keçmədiyini bildirir və peşə prin­siplərinin universallığı ideyasından çıxış edirlər. Onlar jurnalistləri beynəlxalq əməkdaşlığa çağırır, müxtəlif ölkələrin KİV-də çalışan peşəkarlardan ibarət qruplar, ortaq saytlar yaradaraq birgə tədqiqatlar həyata keçirir, köməyə ehtiyacı olanlara dünya miqyasında yardım kampaniyaları təşkil edirlər. Misal: «Qloballaşma əsrində si­yasət, iqtisadiyyat, informasiya milli sər­hədləri aşırsa, jurnalistlər də eyni şeyi et­mə­lidirlər» (Alfter Bricitt, «Sərhədsiz jur­­nalistika» kita­bından).

Jurnalistika terminləri lüğəti

səs cığırı

Kino, video məhsullarında təs­viri müşayiət edən səslərin, musiqi və küylərin yazılması üçün maddi daşıyıcı üzə­rində ayrıca xətt, kanal.

Teleradio ya­yı­mında S.C.-ndan müstəqil informasiya mənbəyi ki­mi də (məsələn, kinofilmdən mahnı) isti­fadə edilir.

See also:

Jurnalistika terminləri lüğəti

səs dizaynı

Səs elementlərinin planlaş­dırılması, yaradılması və idarə olunması prosesi, dizaynın bir növü.

S.D. radio ­və televiziya verilişlərinin hazırlanması, çəkilişi, yazılması və post-prodakşn mərhə­lələrində, kompüter proqramları və oyun­larının istehsalında məhsulun keyfiyyətinə mühüm təsir göstərən amildir.

See also:

Jurnalistika terminləri lüğəti

səs fonu

Televiziya və radio studiyasında kənar küy.

S.F.-nun dərəcəsi belə küy­lərin səviyyəsi ilə ölçülür. Onlar müxtəlif səbəb­lərdən – kənar səs effektlərinin studiyaya döşəmədən, tavandan və divarlardan keç­məsi, binanın kons­truk­siya­la­rının vibra­si­yası, havalandırma sis­teminin uğultusu və s. nəticəsində yaranır. İstə­nilən halda ve­rilişin keyfiyyətli alınması üçün S.F.-nun səviyyəsi yolverilən həddi keçməməlidir. Buna aparat-studiya blok­larının düzgün planlaşdırılması, studiyanın xüsusi səs­ke­çirməyən materiallarla döşən­məsi və s. üsullarla nail olunur.

Jurnalistika terminləri lüğəti

səs mikşeri

1. Görüntünün səs müşa­­­­­yi­ə­tini yaratmaq məqsədilə bir neçə ­mən­­­­bədən alınan səs siqnallarının bir­­ləş­dirilməsi üçün qurğu.

S.M. müxtəlif girişlərə gələn səs siqnallarını çıxışda bir siqnala çevirir; məsələn, dəyirmi masa za­manı studiyada əyləşmiş hər iştirakçı öz mikrofonuna danışır və bu mikrofonlar ayrı-ayrılıqda mikşerə qoşulur. Mikşer bü­tün səsləri toplayaraq çıxışa vahid siqnal şəklində ötürür və həmin siqnal video­lentdəki bir kanala yazılır. 

2. Səs rejissorunun pultu.

See also:

Jurnalistika terminləri lüğəti

səs montajı

Səsyazma materiallarının ayrı-ayrı fraqmentlərinin məntiqi ardı­cıl­lıqla birləşdirilərək kompozisiya baxı­mın­dan bütöv hala gətirilməsi prosesi.

Bir qayda olaraq, S.M. filmin, verilişin video­montajından sonra üç mərhələdə həyata keçirilir: səs sırası elementlərinin seçilməsi; ardıcıl yerləşdirilməsi; birləşdirilməsi. Səs effektlərinin, musiqi müşayiətinin, qəh­rə­manların dialoqlarının təmiz və təhrifsiz səslənməsini təmin etmək, fonoqramı vi­deo­cərgə ilə sinxronlaşdırmaq bütövlükdə filmin (verilişin) keyfiyyətini müəy­yən­ləş­dirən amillərdəndir. Buna görə dünyanın nüfuzlu yaradıcılıq müsabiqələrində ən yaxşı S.M. üçün xüsusi mükafatlar təsis olu­nur (ABŞ-da «Oskar», Kanadada «Cini», Britaniyada «Bafta» və s.).

See also:

Jurnalistika terminləri lüğəti

səs obrazı

Maddi obyekt, hadisə, insan xarakteri haqqında assosiasiya yaradan, təsəvvürdə onların xəyalını canlandıran ­səs elementlərinin (nitq, musiqi, küy) məc­musu.

S.O. anlayışı radio verilişlərində istifadə olunan ifadə vasitələrinin dinləyici tərəfindən qavranılması sahəsində araş­dırmaların nəticəsi kimi XX əsrin 70-ci illərində jurnalistikaya daxil edilib. S.O.-nın strukturunda bütün elementlər – söz, mu­siqi, küy, tembr və s. – eyni dərəcədə əhə­miy­yətlidir, çünki onların hər biri obrazın yaradılmasında həlledici əhəmiyyət daşıya bilər. S.O. televiziya verilişi və kino­film­lərdə də bədii təsvir vasitələrindən biri kimi çıxış edir, yaxud müəllifin bilavasitə süjetlə bağlı olmayan fikrinin ifadə forması rolunu oy­nayır.

See also:

Jurnalistika terminləri lüğəti

səs operatoru

Səslərin yazılması və iş­lən­məsi üzrə mütəxəssis, texniki işçi.

Ra­dio və televiziyada onun başlıca vəzifəsi fo­noqramın təmiz və keyfiyyətli olmasını, verilişlərdə səslərin bir-birinə qarışma­ma­sını, düzgün balansını və s.-ni təmin et­məkdir. Birbaşa efirdə işləyən S.O.-ndan xüsusilə hazırlıq tələb olunur.

See also:

Jurnalistika terminləri lüğəti