Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

səsyazma

Səs siqnalının (informasiya, musiqi və s.) müxtəlif üsullarla maddi da­şıyıcıya yazılması, saxlanması, həmçinin sonradan səsləndirilməsini təmin edən proses.

S. – səsin kasetlərə, vallara, disk­lərə, çiplərə və s.-yə köçürülməsidir. S.-nın monofonik, stereofonik və kvadrofonik növləri var. Mexaniki, maqnit, lazer və s. səsyazma üsulları mövcuddur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti