Dünya mediasının istənilən ölkədə baş verən neqativ proseslərə ciddi reaksiya verməli olduğunu iddia edən konsepsiya.
Bu konsepsiyanın tərəfdarları qloballaşmanın jurnalistikadan da yan keçmədiyini bildirir və peşə prinsiplərinin universallığı ideyasından çıxış edirlər. Onlar jurnalistləri beynəlxalq əməkdaşlığa çağırır, müxtəlif ölkələrin KİV-də çalışan peşəkarlardan ibarət qruplar, ortaq saytlar yaradaraq birgə tədqiqatlar həyata keçirir, köməyə ehtiyacı olanlara dünya miqyasında yardım kampaniyaları təşkil edirlər. Misal: «Qloballaşma əsrində siyasət, iqtisadiyyat, informasiya milli sərhədləri aşırsa, jurnalistlər də eyni şeyi etməlidirlər» (Alfter Bricitt, «Sərhədsiz jurnalistika» kitabından).
Jurnalistika terminləri lüğəti