Əsas funksiyası gələn elektron məktubların ünvanlarını tanımaq, onları daxili şəbəkədə bu ünvanlar üzrə bölüşdürmək, habelə yazılmış məktubları ünvanlarına göndərmək olan server.
P.S. məktublarla birlikdə gələn spamların və ziyanlı proqramların qarşısını alır, elektron poçtda saxlanılan informasiyaları kənardan icazəsiz müdaxilədən qoruyur.
Jurnalistika terminləri lüğətiyun. polemikos – döyüşkən, düşmən münasibət bəsləyən
İştirakçıların həqiqəti tapmağa deyil, qarşı mövqeyin tərəfdarları üzərində qələbə qazanmağa kökləndiyi mübahisə.
Qələbəyə köklənmiş mübahisə, bir qayda olaraq, faktlar ətrafında deyil, dəyərlər, ideallar, mənəvi prinsiplər ətrafında aparılır; məsələn, sosial ədalət, demokratik idarəçilik formaları, seçki sistemi haqqında mübahisələr – P.-dır. P. digər mübahisə formalarından kəskinliyi ilə fərqlənir, lakin cəmiyyətdə qəbul olunmuş ədəb qaydalarından kənara çıxmır.
See also:
Jurnalistika terminləri lüğətiyun. polys – çox + yun. grapho
Yazıram, təsvir edirəm) – çap məhsullarının (qəzet, jurnal, kitab və s.) istehsalı üçün texniki vasitələr, avadanlıqlar, üsullar və proseslərin məcmusu, sənayenin bir sahəsi.
P.-da istehsal prosesi bir neçə mərhələdən ibarətdir: çap formalarının hazırlanması, bu formalar əsasında çapın həyata keçirilməsi, məhsulun bütün elementlərini birləşdirməklə onun hazır vəziyyətə gətirilməsi.
See also:
Jurnalistika terminləri lüğətiMaterialın, əsərin maketinin texniki tələblər və sifarişçinin istəyi nəzərə alınmaqla qrafik tərtibatı.
P.D. qrafik dizaynın bir növüdür. Ondan mətbəələr, redaksiyalar, nəşriyyatlar, reklam agentlikləri qəzetin, jurnalın, kitabın, plakatların və s.-nin çapa hazırlanması prosesində istifadə edir.
See also:
Jurnalistika terminləri lüğətilat. populus – xalq
1. Xalq kütlələrinin maraqlarını müdafiə etməyə və onları hakim zümrənin maraqlarına qarşı qoymağa yönəlmiş ictimai fəaliyyət, siyasi doktrina.
P. ideyaları XIX əsrin sonlarından etibarən genişlənməyə başlayıb. Bu ideyalar öz əksini daha çox müxalif liderlərin çıxışlarında, KİV-in bürokratiyanı kəskin tənqid edən, hakimiyyət orqanlarına inamsızlıq yaradan yazılarında tapır. Politologiyada P.-ə fərqli baxış bucaqlarından yanaşma mövcuddur: o, «birbaşa demokratiya»nın ən uğurlu modelindən tutmuş «demaqogiya»ya qədər ziddiyyətli qiymətlərə layiq görülür.
2. Çıxışlarda, məqalələrdə xalqa müraciət, ritorik üslub.
3. İnsanlarda ciddi problemlərin asanlıqla həll olunacağına sadəlövh inam formalaşdırmaqla xalq kütlələrinin rəğbətini qazanmaq cəhdi.
See also:
Jurnalistika terminləri lüğətilat. populus – xalq
Geniş kütlənin rəğbətini qazanma, dəbdə olma.
P. insana da, onun yaradıcılıq məhsuluna da aid edilə bilər: populyar müəllif, populyar əsər və s. Bəzən P.-la məşhurluq eyniləşdirilir. Ancaq bu iki anlayış arasında fərqlər var; məs.: P., adətən, müəyyən müddətdən sonra keçir, məşhurluğun isə ömrü uzun olur.
See also:
Jurnalistika terminləri lüğətiyun. pornos – satılan + yun. grapho – yazıram, təsvir edirəm
Əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud, ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, kütləvi informasiya vasitələri məhsulları, digər materiallar.
Azərbaycan qanunvericiliyində P.M.-ın yayılması kütləvi informasiya azadlığından sui-istifadə hesab olunur və qadağan edilir. Belə materialları yayan KİV mülki, inzibati, cinayət və digər formada məsuliyyət daşıyır. Eyni zamanda P.M. dərc edilən xarici mətbu nəşrlərin ölkə ərazisinə gətirilməsinə və yayılmasına da məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
See also:
Jurnalistika terminləri lüğətiyun. pornos – satılan + yun. grapho – yazıram, təsvir edirəm
Seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud, ləyaqətsiz şəkildə təsviri.
P. bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qadağandır, digər ölkələrdə (Şimali Amerikada, Avropada) ona müəyyən yaş məhdudiyyəti qoymaqla icazə verilir.
See also:
Jurnalistika terminləri lüğətilat. portus – liman, körpü
1. Kompüterə xaricdən hər hansı avadanlıq qoşmaq və bu avadanlıqla kompüter arasında informasiya mübadiləsini təmin etmək üçün elektron qurğu.
P.-lardan skaneri, printeri, klaviaturanı, «siçan»ı, modemi, səs cihazlarını və s.-ni bilgisayarla birləşdirmək üçün istifadə olunur.
2. Kompüter-host əməliyyat sistemində kommunikasiyanın son nöqtəsi.
P. protokolların başlığında rəqəm şəklində qeyd olunur və serverin internetdə istifadə etdiyi protokolun növünü göstərir.
Jurnalistika terminləri lüğətiVerilişlərində mətnlə görüntünün süni şəkildə, tam üst-üstə düşdüyü primitiv televiziya.
Əgər jurnalist «portağal» deyirsə, ekranda portağal göstərilir, o, «alma» deyən kimi ekrana alma görüntüsü gəlir. Televiziya mütəxəssisləri verilişlərdə mətnlə videosıra arasında müəyyən balansın saxlanmasını vacib sayırlar, lakin onların sadəcə ardıcıllıqla bir-birini təkrarlamasını qeyri-professionallıq kimi qiymətləndirirlər.
Jurnalistika terminləri lüğətilat. porta – qapı, darvaza
İnternet şəbəkəsində istifadəçiyə bir çox xidmət növlərindən istifadə imkanı verən interaktiv, çoxşaxəli, mürəkkəb strukturlu sayt.
P. bir neçə saytdan da ibarət ola bilər. Onun yaradılmasında əsas məqsəd fərqli xidmət növləri təqdim etməklə istifadəçilərin sayını mümkün qədər artırmaqdır. P. eyni zamanda bələdçi rolunu oynayaraq asanlıqla başqa saytlara keçid imkanı yaradır, internetdə informasiya axtarışını asanlaşdırır və bununla əlavə istifadəçilər cəlb edir. Müxtəlif mövzuları əhatə edən, geniş dairənin maraqlarına hesablanmış P. üfüqi, ayrı-ayrı mövzular üzrə maraqları təmin edən P. isə şaquli P. adlanır.
Jurnalistika terminləri lüğəti