İnsanların məktublarının, digər formada yazışmalarının onların icazəsi olmadan nümayiş, yaxud dərc etdirilməsini, başqa üsullarla ictimailəşdirilməsini məhdudlaşdıran prinsip.
Azərbaycan Konstitusiyasına görə, hər kəs öz şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüququna malikdir. Bu hüquqa telefon danışıqları, poçt, teleqraf sirrinin toxunulmazlığı da aiddir. Onların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Y.S. yalnız müstəsna hallarda (iğtişaşların, cinayətin qarşısını almaq və s.) pozula bilər ki, həmin hallar da qanunda öz əksini tapır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti