Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

protokol

yun. protokollon – manuskriptin ilk vərəqi

1. Hər hansı tədbirdə baş ­ve­rənlərin ardıcıllıqla, xüsusi formada qeydə alındığı sənəd; məs.: iclasın P.-u. 

2. Hər hansı faktı, hadisəni, məlumatı təsdiq edən sənəd; məs.: axtarış P.-u. 

3. Rəsmi tədbir­lərdə, təntənəli məra­simlərdə, xü­susilə diplomatik xidmətdə hamı tərə­findən qə­bul edilmiş və yerinə yetirilməsi müt­ləq olan qaydalar, uzun ta­rixi dövr ərzində dəyişməz adətlər.

Bu qay­daları bilmək həmin tədbirləri işıq­lan­dı­ran jur­nalistlər üçün vacibdir. Rəsmi təd­bir­lər zamanı P.-dan kənar hər bir çıxış, hə­rəkət həmişə ­xüsusi məna daşıyır və ­au­di­­to­riyanın ma­ra­ğına səbəb olur.

4. Bey­nəlxalq müqavilədə əldə olunmuş ra­zı­laş­maların detallarını əks etdirən sənəd, ­hə­min müqaviləyə əlavə. 

5. Müxtəlif kom­püter proqramları arasında veril­ən­lərin müba­diləsini təmin edən, on­ları uz­laş­dı­ran, fərqli avadanlıqların birgə iş qay­da­larını müəyyənləşdirən texniki standartlar toplusu.

Şəbəkədə hər hansı işi görmək üçün istifadəçi çoxlu əməliyyatlar yerinə yetirir. Bu əməliyyatlardan hərəsi bir P.-a uyğun gəlir. P.-lar iki cür olur: baza və tətbiqi. Baza P.-ları (IP, TCP) şəbəkədə kom­püterlər arasında məlumatların fiziki cə­hətdən ötürülməsinə cavabdehdir. Tətbiqi P.-lar isə xüsusi xidmət növlərinin funk­sionallığını təmin edir; məs.: HTTP P.-u hipermətnlərin, FTP P.-u mətnlərin, SMTP, POP3 P.-ları elektron poçtun, UDP P.-u canlı səsin ötürülməsini təmin edir və s.

Jurnalistika terminləri lüğəti