Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

pəncərə

1. İstifadəçinin həyata keçirdiyi hər hansı əməliyyat nəticəsində kom­püterin ekranında onun işləməsi, yaxud izləməsi üçün yaranan sahə, çərçivə.

İstifadəçi ­ek­randa eyni zamanda bir neçə P. aça bilər. 

2. İstifadəçinin işləmək, yaxud izləmək üçün kompüterin ekranında yaratdığı sa­hədə ondan asılı olmayaraq meydana gə­lən çərçivə.

Belə P.-lərə pop-ap deyirlər. Pop-ap P.-lər, adətən, reklam xarakteri da­şıyır. Bəzi saytlarda pop-aplar o qədər çox olur ki, bu P.-ləri bağlamaq xeyli vaxt aparır. 

3. Qəzet, jurnal səhi­fəsində boş sa­hə.

Səhifədə P. material çatışmazlığı üzün­dən yaranır, yaxud da son anda alın­mış xəbəri yerləşdirmək, illüstrasiya ­ver­mək üçün digər materialları sıxlaş­­dırmaqla, ixtisar etməklə yaradılır.    

Jurnalistika terminləri lüğəti