lat. functio – icra etmək
Dövlət strukturlarının, siyasi, iqtisadi, ictimai institutların vətəndaşlar qarşısında hesabatlılığının təmin olunmasına xidmət edən mühüm sosial vəzifə, jurnalistikanın əsas funksiyalarından biri.
Bu funksiyanı yerinə yetirmək üçün KİV əhalini müxtəlif sahələrdə aşkar etdiyi problemlər barədə məlumatlandırır, dövlət orqanlarında qərarların qəbulu prosesini daim diqqətdə saxlayır, insan hüquqlarının pozulması, qanunsuzluq və korrupsiya hallarını araşdırır. N.F.-nın icrası üçün mediadan, ilk növbədə, müstəqillik və professionallıq tələb olunur.
See also:
alm. marke – nişan, işarə
Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, nəşriyyat məhsulunun nüsxələrinin üzərinə yapışdırılan, hərf-rəqəm kodu və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş holoqrafik müdafiə vasitəsi olan vahid nümunəli xüsusi nişan.
N.M. nüsxənin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu) təsdiqləyir və həmin nüsxələri yaymaq hüququ verir. Bu markaları istehsalçılar və yayımçılar dövlət orqanından almalıdırlar. Saxta N.M.-nın hazırlanmasına və ondan istifadəyə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
See also:
Jurnalistika terminləri lüğətifr. tirage < tirer – çəkmək, çəkib çıxarmaq
1. Nəşrin konkret oxuculara, bəlli ünvanlara çatdırılan nüsxələrinin cəmi.
Abunəçilərə, daimi müştərilərə göndərilən və müəyyən şəxslərə, təşkilatlara pulsuz paylanan nüsxələr N.O.T.-ı təşkil edir. N.O.T. qəzetlərin və jurnalların populyarlığının, iqtisadi cəhətdən sabitliyinin mühüm göstəricisidir. Misal: «ABŞ-da Mayami, San-Fransisko kimi şəhərlərdə bəzi böyük gündəlik qəzetlərin nəzarət olunan tirajı 2005-ci ildən 50 faiz azalıb» (The Financial Times qəzeti).
2. Nəşrin reklam sifarişçisi üçün xüsusi maraq kəsb edən ünvanlara pulsuz çatdırılan nüsxələri, ödənişsiz paylanan tiraj.
Naşirlər bu üsulla reklamın səmərəliliyinin artırılmasına, reklam sifarişçilərini əməkdaşlığa həvəsləndirməyə çalışırlar. Misal: «Siz, şübhəsiz, nə vaxtsa, hansısa pulsuz nəşr almısınız – buna «nəzarət olunan tiraj» deyirlər, yəni naşirlər nüsxələrin kimin əlinə düşməsinə nəzarət edirlər» (Foster Timoti).
Jurnalistika terminləri lüğətilat. organum < yun. organon – alət, silah
Sistemin qəbul olunmuş normalara uyğun fəaliyyət göstərməsini, işin lazımi qaydada icrasını təmin etmək məqsədilə müşahidə və yoxlama həyata keçirən qurum.
Totalitar rejimlər istisna olmaqla dünyanın əksər ölkələrində çap KİV-in fəaliyyətinə nəzarət edən xüsusi dövlət orqanı yoxdur. Teleradio yayımı sahəsində belə nəzarəti yayım şuraları və komissiyaları yerinə yetirir. Onlar yayımçıların lisenziya şərtlərinə necə əməl etdiklərini diqqət mərkəzində saxlayırlar. İnternet mediası sahəsində isə N.O.-ın yaradılması məsələsi ara-sıra gündəmə gəlsə də, beynəlxalq standartlara görə, şəbəkə KİV-in fəaliyyəti ilə əlaqədar yaranan problemlər özünütənzimləmə mexanizmi çərçivəsində həll olunmalıdır.
See also:
Jurnalistika terminləri lüğətiİnsanı şüuraltı və ya açıq-aşkar aqressiyaya meyilləndirən, fərqli düşüncə sahiblərinə, başqa dini, milli, irqi və s. mənsubiyyəti olanlara qarşı düşmənçilik, yaxud dözümsüzlük hissi oyadan sözlər, ifadələr, çağırışlar.
Avropa Şurasının Nazirlər Kabineti üzv-dövlətləri hər cür ayrı-seçkiliyə qarşı mübarizəyə səslədiyi tövsiyələrində (№R (97) 20) N.D.-nə belə izah verir: «aqressiv millətçilik, entosentrizm, ayrı-seçkilik, habelə azlıqlara, miqrantlara, emiqrant əsilli insanlara qarşı düşmən münasibət də daxil olmaqla irqçilik, ksenofobiya, antisemitizm, yaxud digər formada dözümsüzlük, nifrət yayan, başqalarını buna meyilləndirən, stimullaşdıran, dözümsüzlüyə və nifrətə haqq qazandıran özünüifadə vasitələri». N.D. özünü məişətdə və KİV-də büruzə verir. Mediada N.D.-nin yayılmasının qarşısını almaq üçün qanunvericilikdə xüsusi məhdudiyyətlər və cəza tədbirləri nəzərdə tutulur.
Jurnalistika terminləri lüğəti