alm. marke – nişan, işarə
Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, nəşriyyat məhsulunun nüsxələrinin üzərinə yapışdırılan, hərf-rəqəm kodu və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş holoqrafik müdafiə vasitəsi olan vahid nümunəli xüsusi nişan.
N.M. nüsxənin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu) təsdiqləyir və həmin nüsxələri yaymaq hüququ verir. Bu markaları istehsalçılar və yayımçılar dövlət orqanından almalıdırlar. Saxta N.M.-nın hazırlanmasına və ondan istifadəyə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
See also:
Jurnalistika terminləri lüğəti