İnsanı şüuraltı və ya açıq-aşkar aqressiyaya meyilləndirən, fərqli düşüncə sahiblərinə, başqa dini, milli, irqi və s. mənsubiyyəti olanlara qarşı düşmənçilik, yaxud dözümsüzlük hissi oyadan sözlər, ifadələr, çağırışlar.
Avropa Şurasının Nazirlər Kabineti üzv-dövlətləri hər cür ayrı-seçkiliyə qarşı mübarizəyə səslədiyi tövsiyələrində (№R (97) 20) N.D.-nə belə izah verir: «aqressiv millətçilik, entosentrizm, ayrı-seçkilik, habelə azlıqlara, miqrantlara, emiqrant əsilli insanlara qarşı düşmən münasibət də daxil olmaqla irqçilik, ksenofobiya, antisemitizm, yaxud digər formada dözümsüzlük, nifrət yayan, başqalarını buna meyilləndirən, stimullaşdıran, dözümsüzlüyə və nifrətə haqq qazandıran özünüifadə vasitələri». N.D. özünü məişətdə və KİV-də büruzə verir. Mediada N.D.-nin yayılmasının qarşısını almaq üçün qanunvericilikdə xüsusi məhdudiyyətlər və cəza tədbirləri nəzərdə tutulur.
Jurnalistika terminləri lüğəti