lat. negativus – mənfi + lat. informatio – izahetmə, məlumatvermə
1. Mənfi xarakterli, ictimaiyyətdə narahatlıq, təşviş, təəssüf hissi doğuran məlumat.
N.İ. kriminal, bədbəxt hadisələr, fəlakətlər barədə xəbərlərin, tənqidi materialların əsasını təşkil edir.
2. Kiminsə və nəyinsə ziyanına olan, onu gözdən salan informasiya.
See also:
Jurnalistika terminləri lüğətiyun. neos – yeni + yun. logos – söz
Başqa dillərdən mənimsənilən, yaxud dilin öz daxili imkanları hesabına yaranan yeni söz və ifadələr.
N.-lər çox vaxt elmi-texniki tərəqqi prosesinin, kommunikasiya sistemlərinin inkişafı nəticəsində meydana gəlir. Bəzi N.-lər sonradan dildə özünə yer tapmayaraq tamamilə unudula, digərləri geniş yayılaraq N. olmaqdan çıxa, yaxud tədricən daha az işlədilərək arxaizmə çevrilə bilər; məsələn, sovet hakimiyyəti illərində yaranmış və geniş yayılmış «kolxoz» ifadəsi atıq arxaizmdir. Dildə ümumi istifadə olunan N.-lərdən başqa, müəllif N.-ləri də mövcuddur. Adətən, müəllif N.-ləri kontekstdən kənarda işlədilmir. Lakin onlardan bəziləri sonradan dilin ümumi lüğət tərkibinə daxil olur; məs.: utopiya (Tomas Mor), robot (Karel Çapek), işıqfor (Rəsul Rza). N. termini ilk dəfə XVIII əsrin birinci yarısında Fransanın dilçilik elmində işlədilib. Avropa dillərində bu termin Azərbaycan dili ilə müqayisədə daha geniş mənaya malikdir: misal üçün, ingilis lüğətlərində o yalnız yeni yaranmış sözlərə deyil, həm də köhnə sözlərin yeni mənasına, hətta yeni ifadə tərzinə də aid edilir.
Jurnalistika terminləri lüğətiing. net – şəbəkə + ing. book – kitab
Kiçikhəcmli, yüngül, əsasən, internet əlaqəsi yaratmaq üçün nəzərdə tutulmuş kompüter.
N.-ların gücü və sürəti böyük deyil, lakin onlar ucuz, istifadəçinin özü ilə daşıması üçün rahatdır. Termin 1999-cu ildə Psion ingilis şirkəti tərəfindən yaradılıb. Şirkət istehsal etdiyi «fərdi cib kompüterləri»ni belə adlandırıb. N.-ların kütləvi satışına 2000-ci illərin ortalarında başlanıb. Sonradan eyni funksiyaları yerinə yetirən daha təkmil cihazlar bazara çıxarıldığı üçün 2012-ci ildə N. modellərinin əsas istehsalçıları onun buraxılışını dayandırdıqlarını elan ediblər.
See also:
Jurnalistika terminləri lüğətiyun. neuron – əsəb + lat. lingua – dil və yun. pro – öncə + yun. gramma – yazı
İnsanların nitqini, davranışını dil-məntiq üsulları ilə modelləşdirməklə müəyyən nəticənin əldə olunmasına yönəldilmiş texnologiya.
N.P. 1970-ci illərdə Kaliforniya universitetində (ABŞ) müəllim-tələbə qrupu tərəfindən insanlara uğur qazanmağa kömək etmək üçün yaradılıb, hətta ona «uğur planı» adı da verilib. Yeni texnologiya dərhal radio-televiziya sahəsində çalışan mütəxəssislərin, media texnoloqlarının da diqqətini cəlb edib: verilişlərin, çıxışların ictimai rəyə şüuraltı təsir gücünü artırmaq imkanı onlara maraqlı görünüb. Lakin N.P.-nın xüsusi səmərəliliyi sübuta yetirilmədiyi üçün, habelə ondan qərəzli məqsədlərlə istifadə etməyin mümkünlüyünü nəzərə alaraq elmi dairələrdə bu texnologiyaya şübhə və ehtiyatla yanaşırlar. Buna baxmayaraq müxtəlif treninq mərkəzləri N.P. üzrə təlim kursları təşkil edir, bu sahədə çoxlu sayda ədəbiyyat nəşr olunur, araşdırmalar davam etdirilir; məs.: «Televiziya neyrolinqvistik proqramlaşdırma vasitəsi kimi» (2004, Tambov universiteti).
See also:
Jurnalistika terminləri lüğətiyun. neuron – əsəb + lat. lingua – dil
İnsanın əsəb sistemi və beyin mexanizmləri ilə onun dili və nitqi arasında əlaqəni öyrənən elm sahəsi.
N. bir əsrdən çox davam edən tədqiqatlar, dildə və nitqdə yaranan pozuntuların səbəblərinin araşdırılması nəticəsində XX əsrin ortalarında psixologiya, nevrologiya, linqvistika kimi elmlərin qovuşuğunda yaranıb. Tezliklə jurnalistika bu yeni təlimin həm tədqiq, həm də tətbiq sahələrindən birinə çevrilib. Medianın dil vasitəsilə insanların düşüncələrinə, davranışlarına təsir formaları böyük maraq doğurur; məsələn, siyasi liderin televiziya ilə çıxışlarında hansı sözlərdən daha çox istifadə etdiyi, hansı fikirləri daha çox təkrarladığı müəyyənləşdirilir, jestləri və intonasiyası təhlil olunur, bunların əsasında onun auditoriyanı nəyə köklədiyi, xalqdan necə reaksiya gözlədiyi barədə nəticə çıxarılır. Eyni zamanda bir sıra jurnalistika mərkəzlərində KİV-in auditoriyaya müsbət təsirini proqramlaşdırmaq üçün N. fənni tədris olunur, xüsusi kurslar açılır.
See also:
Jurnalistika terminləri lüğətilat. neutralis – heç birinə məxsus olmayan + lat. informatio – izahetmə, məlumatvermə
Fakt, yaxud hadisə barədə heç kimin, heç bir tərəfin mövqeyinə üstünlük, qiymət verilmədən hazırlanmış məlumat.
N.İ.-da müəllif münasibəti açıqlanmır, emosiyalara yol verilmir.
See also:
Jurnalistika terminləri lüğəti1. Çapa hazırlıq prosesindən keçirilərək texniki vasitələrin köməyi ilə sayı çoxaldılan və yayılan kitab, qəzet, jurnal, albom, plakat, digər yazılı və audiovizual nəşriyyat məhsulu.
2. Kitab, qəzet, jurnal, albom, plakat, digər yazılı və audiovizual nəşriyyat məhsulunun istehsalı prosesi.
See also:
Jurnalistika terminləri lüğətiNəşriyyat məhsulunun çapa hazırlanması prosesində istifadə olunan əqli mülkiyyətin, təbii ehtiyatların, materialların, əsas fondların, əmək ehtiyatlarının və s.-nin qiymətləndirilmiş dəyəri, habelə onun istehsalına və satışına sərf edilən xərclərin pulla ifadəsi.
See also:
Jurnalistika terminləri lüğətilat. index – siyahı, göstərici
Naşir, yaxud yayımçı tərəfindən nəşriyyat məhsuluna verilən rəqəmlərdən ibarət kod, şərti nişan.
N.İ.-ndən abunə yazılışı həyata keçirilərkən, nəşrlərin kataloqu yaradılarkən, satış təşkil edilərkən, onları kitabxanalardan və elektron arxivlərdən tez axtarıb tapmaq lazım gələrkən istifadə olunur.
See also:
Jurnalistika terminləri lüğətifr. passeport, ital. passaporto < lat. passus – hərəkət, keçid üçün icazə
1. Nəşriyyat məhsulunun istehsala hazırlıq prosesində keçdiyi bütün mərhələləri özündə əks etdirən daxili sənəd.
Bu sənəddə nəşrin orijinal-maketi mətbəəyə təhvil verilənədək nəşriyyatda icra olunan bütün hərəkətlər, həmin hərəkətlərin icraçıları, icra vaxtı və vəziyyəti haqda məlumatlar dəqiq qeydə alınır.
2. Nəşriyyat məhsulunun səhifələrinin birində onun haqqında əsas məlumatları əks etdirən və digər materiallardan fərqləndirilərək dərc olunan sənəd.
N.P.-na onun adı, ünvanı, telefonları, saytı, həcmi, formatı, dövriliyi, buraxılış günləri, çap üsulu, tirajı, qiyməti, həmçinin təsisçisinin və rəhbər işçilərinin adları daxil edilir. Dövri nəşrlərdə bu sənəd, adətən, ikinci, yaxud sonuncu səhifədə dərc edilir və onun yeri dəyişdirilmir.
Jurnalistika terminləri lüğətiƏsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə, yaxud bilavasitə müəlliflik hüququ sahibinin, redaksiyanın sifarişi ilə çap məhsulları və elektron nəşrlərin hazırlanması, istehsalı, yayımından ibarət olan ixtisaslaşmış müəssisə.
N.-lar istehsal etdikləri məhsulların növlərinə (qəzet, kitab-jurnal, kartoqrafiya və s.), ixtisaslaşdıqları sahələrə (uşaq ədəbiyyatı, elmi ədəbiyyat, universal və s.), mülkiyyət formalarına (özəl, dövlət, ictimai), digər xüsusiyyətlərinə görə fərqlənir.
See also:
Nəşriyyat məhsullarının hazırlanması, istehsalı, yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin yaradıcılıq, təşkilati, istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər və iqtisadiyyat sahəsi.
Rəqəmsal informasiya texnologiyaları və internet yarandıqdan sonra N.İ. xeyli genişlənib və elektron nəşrlərin hazırlanması, istehsalı, yayımı proseslərini də özündə birləşdirir.
See also:
Jurnalistika terminləri lüğətilat. subjectum – aid olan
Nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları.
N.İ.S. qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınır, yaxud dövlət qeydiyyatına alınmış təşkilatlarla müqavilə əsasında fəaliyyət göstərir, müvafiq öhdəliklər (dövlət sirrini yaymamaq, qadağan edilmiş çağırışlara yol verməmək, müəlliflik hüququnu pozmamaq, standartlara uyğun məhsul istehsal etmək və s.) daşıyırlar.
Jurnalistika terminləri lüğəti