Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

daxili mənbə

1. Bir ölkənin hüdudları ­da­xilində yerləşən istənilən informasiya ­qay­nağı, o cümlədən ölkədə fəaliyyət gös­tərən kütləvi informasiya vasitələri
2. İstənilən idarə, təşkilat və müəssisənin, o cümlədən media orqanının bilavasitə tabeliyində olan informasiya qaynağı.

Bu qaynaqlara müəssisənin yaradıcı əmək­­daşları, habelə mühasibat, marke­tinq, yayım, texniki nə­zarət, monitorinq şö­bələri, tədqiqatla məş­ğul olan bölmələri və s. daxildir.

3. Bax: insayder

See also:

Jurnalistika terminləri lüğəti

danışıq dili

Məişətdə, qeyri-formal ünsiy­yətdə istifadə olunan dil; dilin funksional üslublarından biri.

D.D.-nin başlıca funk­siyası kommunikasiya (ünsiyyət), əsas əla­məti isə nitqin sərbəstliyidir. O, ədəbi dildən ekspressivliyi, fikri ifadə edərkən bəzən sözlərin məntiqi ardıcıllığının pozul­ması, dialektlərdən istifadə olunması və s. ilə fərqlənir. İki sosial qrupun D.D. də bir-birindən fərqlənə bilər və ədəbiyyatda, ­jurnalistikada bu xüsusiyyətdən kolorit ya­rat­maq üçün istifadə olunur.

Jurnalistika terminləri lüğəti

debat

fr. debat < debattre – mübahisə et­mək

Hər hansı aktual məsələ barədə əks­arqumentlərin qarşı-qarşıya qoyularaq mü­zakirə edildiyi diskussiya forması.

D. digər ictimai müzakirə formalarından məq­­sədi, dəqiq strukturu, reqlamenti, möv­­zunun qoyuluşu, rəngarəngliyi ilə se­çilir. Debatın başlıca məqsədi, məsələn, diskussiyada olduğu kimi, həqiqəti üzə çıxarmaq deyil, başqalarını öz mövqeyinin doğruluğuna inandırmaq, auditoriyanın gözündə qarşı tərəf üzərində üstünlük əldə etməkdir. Bu­na görə də D.-ın mövzusu elə müəy­yən­ləşdirilməlidir ki, ona birmənalı olaraq («hə», ya «yox», «razıyam», ya «əleyhi­nə­yəm») cavab vermək mümkün olsun. D.-ların müxtəlif formatları olur: seçki D.-ları, parlament D.-ları, ictimai D.-lar, məktəb D.-ları, internet D.-ları və s. Mediada D.-ların təşkili və keçirilməsi yüksək peşəkarlıq tə­ləb etdiyi üçün bu sahədə ixtisaslaşan kadrlar xüsusi hazırlıq keçirlər. Seçkilər vaxtı namizədlər arasında televiziya və radio de­batları çox geniş auditoriya toplayır və ya­yımçılara böyük gəlir gətirir.

See also:

Jurnalistika terminləri lüğəti