Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazan. □ Qəzəlçi şair.
Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazma meyli. □ Qəzəlçilikdən bəhs etmək.
1. Qəzəl oxuyan, qəzəl söyləyən.
2. Məcazi mənada: tərənnümçü. □ Hər səhər, Heyran, qəzəlxan olmalı bülbül kimi; Gül firaqi-fəsli-güldə bülbülü zar öldürər. (Heyran xanım).
1. Qəzəllər; qəzəllər məcmuəsi. □ Seyid Əzimin qəzəliyyatı.
2. Məcazi mənada: boş söhbətlər.
1. Qəzəl söyləmək, qəzəl oxumaq.
2. Məcazi mənada: uzunçuluq eləmək, boş-boş danışmaq.
Bax: qəzavat.
bax: qəm çəkmək.
dava etmək üçün bəhanə axtarmaq.
sakitləşmək, toxtamaq; ~ köpü yatmaq.
bərk hirslənmək, hiddətlənmək, acıqlanmaq; ~ hirsi tutmaq.
bax: zəncir çeynəmək (gəmirmək).
hirsini, acığını büruzə verməməyə çalışmaq, özünü təmkinli göstərmək; ~ hirsini boğmaq (cilovlamaq).
sakitləşdirmək; ~ hirsini soyutmaq.
bax: hirsini tökmək.
“Qəzəl oxuyan” deməkdir. Xan farsca xanəndə (oxuyan) sözü ilə bağlıdır, qəzəl sözü bizə ərəblərdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)