Bax: babat.
1. Arxaizm. Təhər, hal, vəziyyət, keyfiyyət. □ Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur. (M.P.Vaqif)
2. Arxaizm. Adətən yerlik və çıxışlıq halında – ...cəhətdən, ...barədə. □ Bəlkə öz-özünə düşünə ki, bu iş hər babətdən pis işdir. (C.Məmmədquluzadə)