1. Danışma tərzi, tələffüz tərzi, tələffüz; üsul, tərz, tövr. □ ...şairanə bir şivə ilə mənə dedi. (C.Məmmədquluzadə).
2. Dilçilik. Bir əraziyə, məhəllə aid olan dialektin yerli növü.
3. Naz, qəmzə, əda, işvə. □ Mehribanın xoş bir işvə ilə ona xitab etməsi həyəcanını artırdı. (S.Hüseyn).
4. Məcazi mənada: hərəkətdə, danışıqda sünilik, saxtalıq, ikiüzlülük. □ ...Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. (N.Vəzirov).
5. Klassik ədəbiyyatda fəryad, fəğan, nalə mənalarında işlənmişdir. □ Batdın genə bəxtim kimi bilməm nə qərayə; Qurban sənə, bu şivəyi-matəm nə üçündür? (S.Ə.Şirvani).
Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas. □ Ölüsü bir gün, şivəni min gün. (Atalar sözü).
Həmçinin bax: