Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABA azərb.

baba sözü müasir Azərbaycan dilində atanın və yaxud da ananın atası valideyni, başqa sözlə desək, nəvəsi olan kişi anlamını ifadə edir.

Türklərdə ta qədimdən baba sözü ata mənasındadır. Bir çox araşdırmalarda Xürrəmi hərəkatının başçılarından olan Babəkin də adı baba sözü ilə əlaqələndirilir. Araşdırıcıların qənaətlərinə görə, sözün əsasında duran “baba” sözü, demək olar ki, əksər qədim dillərdə “ata”, Babək sözü isə atacan, başçı mənasını ifadə edir. Türkiyə türklərində olduğu kimi, bir çox türk xalqlarının dillərində mövcud baba sözü dilimizdəki ata anlamındadır. Məlum olduğu kimi, məişətimizdə babanın adı yeni doğulan uşağa – nəvəyə rəsmi ad olaraq verilir. Babanın adının nəvəyə verilməsi bizdə artıq kök salmış adətənənələrdəndir. Lakin bu, mütləq deyil, yəni uşaqlara babasının adı yox, tamam başqa ad da verilə bilər. Baba adı verilən uşağı çox zaman babanın sağlığında babanın əsl adı ilə deyil, Baba, Bala baba və buna yaxın adlarla çağırırlar. Məktəbə gedəndə məlum olur ki, oğlanın adı Baba yox, məsələn, Həsən imiş. Amma artıq hamı uşağı Baba deyə çağırır. Bəzən də hamı baba adı verilən övladı ailədə uşaqların, gənclərin dili ilə, yəni əgər babanın adı Alıdırsa Alı baba, Hacıdırsa Hacı baba deyə çağırırlar. Beləliklə, ad sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında Baba adı ilə yanaşı, tərkibində Baba adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adı mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABABƏY azərb.

mürəkkəb adların tərkibində işlənən Baba adı və arxaikləşmiş bay titulunun birləşməsindən yaranmış şəxs adıdır.

Bababəy (bax: ad – BABA; BƏY) kişi adı Baba bəy anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bababəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından XIX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Baba bəy Şakir (17761844) bürokratik çar hökumətini, eləcə də zalım bəy və məmurları satirik qələmlə ifşa etmiş şairlərimizdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABACAN azərb.

mürəkkəb adların tərkibində işlənən baba can sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Babacan (bax: ad – BABA; CAN) kişi adı dünyagörmüş, ahıl adam, ürəyə, cana yaxın yetkin insan mənasındadır. Yaşlı insanlara müraciət edərkən hörmət əlaməti olaraq işlədilir. Bir də canım baba, can baba mənasında yaxınlarının, doğmalarının ailədə ağsaqqala müraciət formasıdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Babacan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABADADAŞ azərb.

mürəkkəb adların tərkibində işlənən Baba Dadaç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Babadadaş (bax: ad – BABA; DADAŞ) kişi adı müraciət formasından yaranmış kişi adıdır. Bəzi bölgələrdə yaşlı şəxslərə baba dadaş deyə müraciət edilmiş, sonradan rəsmi ad formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABAƏLİ azərb.

mürəkkəb adların tərkibində işlənən Baba Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Babaəli (bax: ad – BABA; ƏLİ) kişi adı hörmətli, uca tutulan ata, baba anlamına gəlir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Babaəli adı bu gün Babəli formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BABAKİŞİ azərb.

mürəkkəb adların tərkibində işlənən baba kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Babakişi (bax: ad – BABA; KİŞİ) kişi adı tanınmış yetkin adam, hörmətli ahıl adam anlamına gəlir. Görkəmli dramaturq C.Cabbarlının “Sevil” əsərində qəhrəmanlardan birinin adıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti