►Qadın üçün ailə üzvlərinin, xüsusilə dörd vacib kişinin (ata, qardaş, ər, oğul) əhəmiyyətini göstərmək üçün işlədilən ifadə.
İfadә «tarixin atası» Herodotun təsvir etdiyi bir hadisә ilә әlaqәdar meydana gəlmişdir.
İran şahı I Dara şübһәlәndiyi İntafrenesi (hakimiyyәti yalançı Smerdisdәn almaqda Daraya kömәk etmiş 7 nәfәrdәn biri) bütün yaxın adamları ilә birlikdә һәbs eləyib edam cәzasına mәһkum etmişdi. İntafrenesin arvadı saraya gәlib öz uğursuz taleyindәn şikayәtlәnir vә ağlayırdı. Nәhayәt, Daranın ona yazığı gәlir vә tutulanlardan yalnız birini onun xahişi ilә azad edәcәyini söylәyir. Qadın fikirlәşdikdәn sonra deyir: «Әgәr hökmdar bir nәfәrin hәyatını mәnə bağışlayırsa, mәn qardaşımı azad eləmәyi xahiş edirəm». Cavabdan heyrәtlәnmiş I Dara soruşur ki, nәyә görә sәn ancaq qardaşının qayğısına qalırsan? Axı o sәnә oğulların qәdәr yaxın, әrin qәdәr әziz deyil. Qadın deyir: «Mәnim başqa әrim ola bilәr, yenә dünyaya uşaq gәtirә bilәrәm. Lakin qardaş tapa bilmәrәm. Çünki nә atam sağdır, nә dә anam».
Əslində, ifadə «Oğul beldәn, әr eldәn, vay qardaş dәrdi» şәklindәdir və dilimizdə buna uyğun olaraq «Oğul әlә düşәr, qardaş yox» kimi atalar sözü də vardır.
Bir çox dillərdə, o cümlədən ərəb dilində «Qoca әr mövcuddur, oğul dostumdur, qardaş itmişdir» şəklində işlədilir.
Məsəllər, deyimlər►Hər hansı məqsədini, düşündüyünü, istək və mətləbini birbaşa deyil, işarə ilə bildirmək.
İfadə buşmen tayfalarında tarixən yayılmış oxatma ənənəsi ilə bağlı yaranmışdır.
Səhrada yaşayan buşmenlər yetkinlik dövrünә çatıb özlәrinə sevgili seçdikdә ona çiçәk göndərmir, heç odlu-alovlu serenada da oxumurlar. Gәnclәr ən əvvәl antilop buynuzundan balaca, on santimetrdən dә kiçik bir hissə kəsib ondan zərif ox-yay düzəldirlər. Dәdә-baba qaydası ilә gizli şəkildә ovsunlu maye düzәldib oxların ucuna sürtürlər. Bundan sonra oğlan öz silahını götürüb istədiyi qızın ardına düşür və ona ox atır, çalışır ki, atdığı ox qızın belinə dəysin. Qız oxu bәdənindən çıxarıb əsəbiliklә sındıraraq kənara atarsa, deməli, onun bu oğlana meyli yoxdur və onu rәdd edir. Әgər qız oxa dәymirsə, onu belindә saxlayır və narazılığını bildirmirsә, demәli, oğlanı qәbul edir.
Dilimizdə geniş miqyasda işlənәn «ox atmaq» poetik ifadəsi də, әslində, bu göstərilәn qədim Şərq adәti ilə әlaqədardır. Bu ifadə ilə yanaşı, dilimizdə «oxu atıb yayını gizlətmək» deyimi də işlənir.
Məsəllər, deyimlər►Uğursuzluğa düçar olmaq, istəyi alınmamaq, bәxti gәtirməmәk.
İfadə bir çox xalqların folklorundan qaynaqlanaraq yayılmışdır.
Çox-çox qәdimlәrdә oğlanın sevgilisinə ox (habelə daş, alma və s.) atmaq adәti sıradan çıxaraq tədricən sevgilinin rәmzi, simvolu olan butaya, sәnəmә ox atmaqla əvәz olunurdu.
«Avesta»da Buddanın adı həm dә Budi, Buta kimi işlәdilir. Oxu butaya, sәnəmә dәyәn kəs sevgilisinin vüsalına yetə bilərdi. Ox daş üzәrində qoyulmuş butaya deyil, daşa dəysәydi, sevgilisi də bu oxu atandan üz döndәrmәli olurdu.
«Qurbani» dastanında «Sinәm buta yarın müjgan oxuna» deyilir. Әslindә, daha qәdimlәrdә ovçuluq tәsərrüfatı ilә әlaqədar olan magiya sәciyyәli bu oxatma (ovlanası heyvanın rəmzinә, şəklinә oxatma) adəti tədricәn hәm dә butaya oxatma ilә birlәşir və ya əvәzlənir.
Dilimizdə «ox»la bağlı «ox atmaq», «oxu yan getmək», «oxunu atıb yayını gizlətmək» kimi ifadələr də işlənir.
Məsəllər, deyimlər►Razılığını bildirmək, müsbət cavab vermək, hər hansı təklifə «hə» demək, bir şeylə razılaşmaq.
İfadənin 1840-cı ildə ABŞ-da prezident seçkiləri zamanı istifadə olunmuş bir şüardan qaynaqlandığı ehtimal edilir.
XIX əsrin ortalarında ABŞ-da populyarlıq qazanan bu ifadənin əmələ gəlməsini izah etmək üçün çoxlu cəhdlər olmuşdur. İrəli sürülən fərziyyələrin əksəriyyəti ağlabatandır. Hər şey tamamilə aydın olmasa da, linqvistik və tarixi sübutları nəzərə alaraq demək olar ki, bu ifadə şotland dilindən götürülmüş «och aye», yunancadan «ola kala» (yaxşıdır), Koktau hindilərinin «okeh» (bu belədir), fransızcadan «aux kaye» və ya «au quai» sözlərindən yaranmışdır.
İfadənin populyarlaşması 1839-cu ildə ABŞ-da Boston qəzetlərinin birində «all correct» sözünün «oll korrect» («hər şey düzdür») kimi yanlış yazılması ilə bağlıdır. Yazılı sənədlər hələ 1840-cı ildə Amerika prezidenti seçkiləri zamanı bu ifadənin demokratlar partiyası tərəfindən şüar kimi istifadə edildiyini göstərir. Bu partiyanın namizədi prezident Martin van Buren «old Kinderhuk» ləqəbi almış (Nyu-Yorkda məskunlaşandan sonra) və onun tərəfdarları «OK klubu» yaratmışdılar. Nəticədə van Buren prezident seçildi. Düzdür, o, ikinci dəfə uğur qazanmadı, amma «OK» ifadəsi xeyli populyarlaşdı. Bu gün «okey», «okey» vermək» kimi ifadələr xüsusən danışıq dilimizdə geniş işlənir.
Məsəllər, deyimlər►Əsl xarakterini, xasiyyətini gizlətməmək, hiylə işlətməmək, təbii və səmimi olmaq, ikiüzlülük etməmək.
İfadә C.Ruminin «Məsnəvi»sindәn qaynaqlanaraq bir sıra dillәrə yayılmışdır.
Böyük Mövlananın işlətdiyi ifadənin əsli belədir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol».
Professor Ziyəddin Göyüşov «32 gün qonşu ölkədә» məqaləsində yazır: «Öz əsәrlərində insanı daim xeyirә, gözәlliyә, həqiqətə, әdalәtə çağıran Mövlana Cəlalәddin insanın mәnәvi saflığına, daxili paklığına müstәsna әhәmiyyәt vermişdir. O, ikiüzlülüyü daxili çirkinliyin təzahürü kimi qiymətləndirmişdir. Konyadakı Mövlana türbəsini ziyarət edәrkәn gözlәrinə ilk dəfə onun iri hərflәrlә yazılmış məşhur əxlaqi təlәbi dәyir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol».
Düzlüyə və səmimiyyətə çağırış kimi səslənən bu ifadə neçə əsrlərdir ki, dünyanın bütün qitələrində dinindən və irqindən asılı olmayaraq bütün kamil insanlar üçün bir əxlaq davranış kodeksi kimi qəbul edilir.
Məsəllər, deyimlər►Cəmiyyətdə yaltaq və simasız kimi tanınan adamlara münasibətdə işlədilən ifadə.
İfadә Mirzə Ələkbər Sabirin «Qarğa vә tülkü» tәmsilindən qaynaqlanır.
Hiylәgәr tülkü pendir tapan qarğanı yaltaqcasına tәriflәyir vә ondan oxumağı xahiş edir. Ağaca qonmuş qarğa ağzını açan kimi pendir yerə düşür, tülkü pendiri göydəcə qapır vә bu sözlәri deyir.
Bəziləri bu şeirin İvan Krılovdan tərcümә olunduğunu deyirlər, lakin Krılovun Abdulla Şaiq çevirən oxşar təmsilində belə bir ifadə yoxdur. Yəni bu ifadə məhz böyük Sabirə məxsusdur.
Bütün dövrlər və cəmiyyətlər üçün kifayət qədər aktual olan bu ifadə bir qarın çörək naminə yaltaqlıq edənlərə, bununla da ictimai əxlaqı pozanlara münasibətdə tez-tez işlədilir.
Məsəllər, deyimlər►Bir adam eyni sözü dəfələrlə deyib başqasını bezdirəndə canı boğazına yığılmış adamın narazılıqla işlətdiyi ifadə.
İfadə Sabit Rəhmanın məşhur «Hicran» tamaşasında (1983) maraqlı epizodların birində səslənmiş və getdikcə populyarlaşmışdır.
Həmin epizodda alverçi Qızbacı obrazını böyük ustalıqla canlandıran xalq artisti Nəsibə Zeynalova nədən söz düşüncə «Birinci bəyi geyindirmək lazımdır» ifadəsini işlədir. Təzə eşqə düşmüş hövsələsiz Mitoşbala (Hacıbaba Bağırov), nəhayət, dözməyib əsəbi halda:
– Onu demisən! Atamın goru haqqı, onu demisən, – deyə öz etirazını bildirir. Dadaşbala da (Səyavuş Aslan) bir kənarda əsəbiliklə özünə əl qatır.
Bu ifadə gündəlik həyatımıza daxil olaraq az qala zərbi-məsələ çevrilmişdir. İndinin özündə də kimsə söhbət əsnasında təkrara yol verdikdə həmin şəxsə müraciətdə zarafat və xatırlatma mənasında «Onu demisən!» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Düşüncəsiz danışığı ilə özünü pis vəziyyətə salan, ümumiyyətlə, məntiqsiz danışan adamlara münasibətdə işlədilən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanmışdır.
Deyilənə görə, Molla əlində içərisi şaftalı ilə dolu zənbillə gedirmiş. Küçədə oynayan uşaqların yanından keçəndə üzünü onlara tutub deyir:
– Sizdən kim bu zənbilin içərisində nə olduğunu bilsə, oradakı şaftalıların ən böyüyünü seçib ona verəcəyəm.
Bunu eşidən uşaqlar hamısı bir ağızdan «şaftalı, şaftalı!» deyə çığırır.
Zənbilin ağzı örtülü olduğu halda onun içərisinə məhz şaftalı qoyulduğunu uşaqların haradan bildiyinə təəccüb edən Molla soruşur:
– Onu sizə hansı axmaq dedi?
Bu məsəlin zənbildə yumurta, alma və s. aparıldığını göstərən başqa variantları da vardır. Bütün hallarda ifadə ehtiyatsız və məntiqsiz danışığı ilə özünü pis vəziyyətə salan adam haqqında işlədilir.
Məsəllər, deyimlər►Çox bilikli, zəkalı, müdrik və nüfuzlu adama yüksək ehtiram bildirmək üçün işlədilən ifadə.
İfadə məşhur milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevə məxsusdur.
Xatirələrdə qeyd olunduğuna görə, Azərbaycanın məşhur xeyriyyəçisi, milli burjuaziyanın görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev tanınmış din xadimi Axund Hacı Turabla tez-tez dünyanın olub-olacaqları barədə söhbətlər edərmiş. Eyni zamanda «Quran» ayələrini də oxuyub dinləyərmişlər. Bir gün axund «Quran»ın «Yasin» surəsini oxuyub Tağıyev üçün tərcümə edir. 82-ci ayəyə – yəni «Allah bir şeyə iradə eləsə, ona «Ol!» deyər, o da dərhal olar» – çatanda Hacı soruşur ki, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund təmkinlə cavab verir ki, «bəli!»
Hacı bir də soruşur ki, «axı mənim sərvətimin bir hissəsi burdadırsa, bir hissəsi də dünyanın başqa-başqa yerlərindədir, yəni Allah istəsə, bunları eyni vaxtda əlimdən alar?»
Axund tövrünu pozmadan «bəli» deyə cavab verir. Allahın qüdrətinə heç vaxt şəkk etməyən milyonçu Tağıyev dərin fikrə gedir...
Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, demək olar, bütün sərvəti əlindən alınan Hacı öləndə bu məşhur ifadəni işlədir və vəsiyyət edir ki, onu Hacı Turabın ayağının altında dəfn etsinlər.
Məsəllər, deyimlər►Qısqanclığın yüksək dərəcəsini göstərmək üçün işlədilən ifadə.
İfadə ingilis dramaturqu Şekspirin məşhur «Otello» adlı faciəsinin əsas qəhrəmanının adı ilə bağlıdır.
Gənc və gözəl arvadı Dezdemona haqqında yayılan şayiələrə inanaraq qısqanc Otello onu öz əlləriylə boğub öldürür. Lakin hadisələr öz məcrası ilə cərəyan etdikcə əsl həqiqət üzə çıxır. Buna görə də törətdiyi bu cinayətin son dərəcə ağır və arvadının tamamilə günahsız olduğunu yəqin edən Otello özünü də öldürür.
Əsrlər keçdikcə Şekspir qəhrəmanının adı həddindən artıq qısqanc kişilərin rəmzinə çevrilmişdir. Əsassız olaraq ifrat dərəcədə qısqanclıq göstərən kişilər haqqında «Otello kimi qısqancdır» deyirlər.
Məsəllər, deyimlər►Hansısa hadisənin baş verəcəyini öncədən görməməyi, bir şeydən xəbərsiz olmağı bildirən ifadə.
İfadə qədim xalq inanclarından qaynaqlanır.
Əfsanə və nağıllarda div, cin və əcinnələr bir adamın harada olduğunu, nə iş gördüyünü və ümumiyyətlə, hər hansı məlumatı öyrənməkdən ötrü ovcunun içini iyləyir və bu zaman guya istədiyi suala cavab alırlar.
Ovuc içi iyləmək yolu ilə adamların taleyini əvvəlcədən müəyyən etməyin mümkün olması haqqında da müxtəlif əfsanələr vardır və bunlar hamısı insanların sehr, cadu, magiyaya inanmaları ilə, obyektiv aləm haqqındakı məlumatlarının azlığı ilə əlaqədardır.
«Ovcumun içini iyləməmişəm ki!» ifadəsi «mənə bu barədə heç kəs bir söz deməyib», «mən bu hadisədən heç cür xəbər tuta bilməzdim» mənalarında işlədilir.
Məsəllər, deyimlər►Adәtən, bir şәxs ölәndәn sonra onun qoһumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işlədilən ifadə.
İfadə qədim dövrlərdə əkin-biçin işlərində şərikli təsərrüfat qurmaq qaydası ilə bağlı yaranmışdır.
Keçmişlərdə torpağın yaxşı şumlanması üçün xışa iki öküz qoşulurdu. Bəzən bir öküzü olan adamla bir öküzü olan başqa bir ailə (təsərrüfat) şərik işləməyə məcbur olurdu. Yəni iki ailә birlәşәrәk xışın qoşqu qüvvәsini әmәlә gәtirirdi. Tarixçi-etnoqraf professor Qəmərşah Cavadov yazırdı ki, bu əmәk birləşmәsi xalq arasında «ortaqlıq» vә ya «taybir olmaq» adlanırdı. Ortaq, şərik olmaq üçün bir baş öküzün olması vacib idi. Qoşqu heyvanı olmayan kәndli bu birlәşmәdә iştirak edә bilmәzdi.
Ortaq üzvü öz heyvanını geri götürdükdə vә yaxud heyvan öldükdə ortaqlıq parçalanırdı. Bu faktı xalq arasında işlәnәn «öküz öldü, ortaq ayrıldı» zәrbi-mәsәli dә tәsdiq edir.
Məsəllər, deyimlər►Hünər, şücaət göstərib ad almaq və ya özünü sübut etmək.
İfadə qədim türk xalqlarının yazılı abidələrindən qaynaqlanır.
Qәdim dövrdə yetkinlik yaşına çatmış oğlanlar uşaqlığını geridə qoyub qəbilə üçün dəyərli olduqlarını sübut etməli və yeni ad almalı idilər. Amma türk xalqlarında gәnclik adını almaq asan deyildi, bunun üçün mütlәq qәhrәmanlıq və şücaət göstәrmәk lazım gəlirdi: çox vaxt meydanda öküz və ya qızmış buğa ilə tәkbәtәk döyüş tәlәb olunurdu.
Bu baxımdan «Kitabi-Dәdә Qorqud» boylarında uşaqlıq adını üstündәn götürmәk, yeni ad almaq üçün gәnclәrin igidlik göstәrmək adәtlәri haqqında çoxlu mәlumat vardır; məsələn, Dirsә xanın oğlu böyük bir meydanda xüsusi olaraq bәslәnib qızmış buğa ilә vuruşur vә onu öldürür. Yalnız bundan sonra Dәdә Qorqud ona ad verir vә atasına deyir: «Bayandır xanın ağ meydanında bu oğlan cәng etmişdir. Bir buğa öldürmüşdür. Sәnin oğlunun adı Buğac (xan) olsun».
Belә hallarda öldürülmüş heyvanın (öküz, buğa və s.) әti bişirilәr, tәntәnәli qonaqlıq verilәrdi. Bu qonaqlıq әvvәlki adın unudulması, şәxsin yeni ad alması şәrәfinә tәşkil olunardı.
Qәdim yunanlarda da «öküz oyunu» olmuşdu. E.ə. 1500-cü ildә Knoss sarayında çәkilmiş mәşhur bir rәsm әsәri şәrti olaraq «Akrobat vә öküz» adlandırılmışdır. Burada hücuma keçәn öküz vә onun üstündәn tullanan akrobat tәsvir olunur. Öküzlә döyüş, özü dә yumruqla tәkbәtәk öküzün qarşısına meydana çıxma qәdim yunanlarda әn maraqlı vә sevimli idman növlәrindәn hesab olunurdu.
Məsəllər, deyimlər►Həyata keçməmiş, hələ baş tutmamış xəyali bir işdən gələcək gəlirin üstündə mübahisə etmək, illüziyalara qapılmaq.
İfadə fransız təmsilçisi Lafontenin «Ayı və iki dost» əsərindən qaynaqlanır.
Həmin təmsildə nəql olunur ki, pula ehtiyacı olan iki dost xəyallar qurur, hələ öldürmədikləri, lakin dərhal tutmağa söz verdikləri ayının dərisini qonşu xəzçiyə necə və neçəyə satacaqlarını müzakirə edir.
Ömründə bir dəfə də ayı ilə rastlaşmamış dostlar meşəyə gedirlər, lakin onlar bədheybət ayını görən kimi vahiməyə düşüb qorxurlar. Onlardan biri ağaca dırmaşır, digəri isə yerə uzanaraq özünü ölülüyə vurur. Ayı ona yaxınlaşaraq hər tərəfini iyləyir, öldüyünü zənn edərək çıxıb gedir. Ağacdan düşən dost digərindən ayının onun qulağına nə dediyini soruşur. Dost belə cavab verir: «Ayı mənə dedi ki, hələ öldürmədiyiniz ayının dərisini satmağa dəyməz».
Sonralar bu ifadə geniş yayılaraq əsası olmayan işlər planlaşdıran, xəyalpərəst və fantastik layihələr düşünən həvəskarlara aid edildi.
Məsəllər, deyimlər►Bir yerin, ərazinin daha qorxunc, dəhşətli olduğuna, oranın yalnız xoşagəlməz insanlar üçün yaradığına işarə ilə deyilən ifadə.
İfadə qədim dövrlərdə «divlər ölkəsi» kimi tanınmış Mazandaranın fəlakət və ölüm şəhəri olması barədə inanclardan yaranmışdır.
Xәzәr dənizinin cәnub sahillәrindә yerlәşmiş Mazandaran tarixi salnamələrdə yadellilәr üçün alınması çәtin olan bir istehkam kimi təsvir olunur. Onun adı daha çox әrәblәrin islam dinini yaymaq üçün apardıqları müharibәlәrdә çəkilir. Qeyd olunur ki, öz müstәqilliyini qoruyub-saxlamış ölkə kimi Mazandaran islam hәrәkatına әks çıxanlar üçün bir istinadgaha çevrilmişdi. Şәrqdәn möhkәm sәdlәr vә istehkamlarla әhatә olunmuş Mazandaran yalnız yüzillik mübarizәdәn sonra әrәblәrә tabe edilmişdi.
Çox qorxulu yer kimi tәsvir edilәn Mazandaran qәdimdәn bәri «divlәr ölkәsi», «ağ divin mәkanı» vә s. şәkildә adlandırılmışdır. Tarixi әfsanәlәrә görә («Şahnamә»dә tәsvir edildiyi kimi), Keykavus mövqeyinin bәrkliyi, әhalisinin mәtanәt vә cәsarәtliliyi ilә mәşhur olan Mazandarana qoşun çәkmiş, lakin orada әsir düşmüş vә yalnız Rüstәm-Zalın sayəsində әsirlikdәn xilas edilmişdi.
«Avesta»da «mazan divlәri»ndәn bәhs olunur ki, bunun da Mazandaran olduğu ehtimal edilir. M.F.Axundzadə də «Aldanmış kәvakib» әsәrindә bir-biri ilә cәng edən qədim İranın pәhlәvanları vә Mazandaran divlәrindən bəhs etmişdir.
Məsəllər, deyimlər