Reklam
Reklam

Məsəllər, deyimlər

OXU DAŞA DƏYMƏK

►Uğursuzluğa düçar olmaq, istəyi alınmamaq, bәxti gәtirməmәk.

İfadə bir çox xalqların folklorundan qaynaqlanaraq yayılmışdır.

Çox-çox qәdimlәrdә oğlanın sevgilisinə ox (habelə daş, alma və s.) atmaq adәti sıradan çıxaraq tədricən sevgilinin rәmzi, simvolu olan butaya, sәnəmә ox atmaqla əvәz olunurdu.

«Avesta»da Buddanın adı həm dә Budi, Buta kimi işlәdilir. Oxu butaya, sәnəmә dәyәn kəs sevgilisinin vüsalına yetə bilərdi. Ox daş üzәrində qoyulmuş butaya deyil, daşa dəysәydi, sevgilisi də bu oxu atandan üz döndәrmәli olurdu.

«Qurbani» dastanında «Sinәm buta yarın müjgan oxuna» deyilir. Әslindә, daha qәdimlәrdә ovçuluq tәsərrüfatı ilә әlaqədar olan magiya sәciyyәli bu oxatma (ovlanası heyvanın rəmzinә, şəklinә oxatma) adəti tədricәn hәm dә butaya oxatma ilә birlәşir və ya əvәzlənir.

Dilimizdə «ox»la bağlı «ox atmaq», «oxu yan getmək», «oxunu atıb yayını gizlətmək» kimi ifadələr də işlənir.

Məsəllər, deyimlər