Reklam
Reklam

Məsəllər, deyimlər

ÖKÜZ ÖLDÜ, ORTAQ AYRILDI

►Adәtən, bir şәxs ölәndәn sonra onun qoһumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işlədilən ifadə.

İfadə qədim dövrlərdə əkin-biçin işlərində şərikli təsərrüfat qurmaq qaydası ilə bağlı yaranmışdır.

Keçmişlərdə torpağın yaxşı şumlanması üçün xışa iki öküz qoşulurdu. Bəzən bir öküzü olan adamla bir öküzü olan başqa bir ailə (təsərrüfat) şərik işləməyə məcbur olurdu. Yəni iki ailә birlәşәrәk xışın qoşqu qüvvәsini әmәlә gәtirirdi. Tarixçi-etnoqraf professor Qəmərşah Cavadov yazırdı ki, bu əmәk birləşmәsi xalq arasında «ortaqlıq» vә ya «taybir olmaq» adlanırdı. Ortaq, şərik olmaq üçün bir baş öküzün olması vacib idi. Qoşqu heyvanı olmayan kәndli bu birlәşmәdә iştirak edә bilmәzdi.

Ortaq üzvü öz heyvanını geri götürdükdə vә yaxud heyvan öldükdə ortaqlıq parçalanırdı. Bu faktı xalq arasında işlәnәn «öküz öldü, ortaq ayrıldı» zәrbi-mәsәli dә tәsdiq edir.

Məsəllər, deyimlər