yun. tragoedia + comodia
Faciə və komediya ünsürlərini özündə birləşdirən dramatik əsər.
Tragikomediyanın ilk nümunələrinə antik ədəbiyyatda, xüsusilə Evripidin yaradıcılığında rast gəlinir. Şekspirin son pyesləri də (“Fırtına”, “Perikl”, “Qış nağılı” və s.) bu janrda yazılıb. Tragikomediyada faciəyə xas olan yüksək pafos, dramatizm özünü göstərir, lakin son həddinə çatmır; qəhrəmanın ətraf aləmlə konflikti onun ölümü ilə nəticələnmir. Komik səhnələr, dialoqlardakı yumorlu atmacalar gərginliyi, tragizm ruhunu azaltmağa xidmət edir. Bu əsərlər, adətən, komediyaya xas olan xoşbəxt sonluqla bitir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik türk poeziyasında dördmisralıq şeir növü.
“Tuyuq” sözü “duymaq” sözündəndir. Hikmətamiz məzmun daşıyan bu şeirlər daha çox əruz vəzninin rəməl bəhrində yazılıb. Tuyuq janrını ədəbiyyatımıza Qazi Bürhanəddin gətirib. Sonradan İ.Nəsimi və Ə.Nəvai bu janrı inkişaf etdiriblər. Tuyuqda misralar a.a.b.a şəklində qafiyələnir:
Hər zamanın bir nigarü-şahi var,
Hər günün günəşi, gecənin mahi var.
Oduna düşənə qalmadı qərar,
Yola çıxan kişinün Allahı var. (Q.Bürhanəddin)
Tuyuq şeirində bəzən üçüncü misra da digərləri ilə həmqafiyə ola bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyap. – qısa nəğmə
Yapon lirik poeziyasında vaka janrının şəkillərindən biri; beşmisralı yapon şeir forması.
Mənşəyi xalq rəvayətləri və qəbilə quruluşu dövrünün şifahi poeziyasına gedib çıxır. Hazırda milli yapon poeziyasının əsas forması hesab edilir. Orta əsrlərdə tərtib edilmiş “36 ölməz şair” siyahısında yer alan yapon şairi Ki-no Surayuki T.-nı “kökləri insan qəlbində olan poeziya” adlandırıb. T.-da qafiyə olmur. Bu şeir forması beş və yeddi hecalı misraların 5-7-5-7-7 sxemi üzrə birləşməsinə əsaslanır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərlərin, üslubların, janrların mənşəyini və təkamülünü öyrənən ədəbiyyatşünaslıq sahəsi.
T.P. rus ədəbiyyatşünası A.N.Veselovskinin (1838–1906) nəzəri cəhətdən əsaslandırdığı elmi istiqamətdir. Alim müxtəlif xalqların və dövrlərin folklorunu, yazılı ədəbiyyatını bir-biri ilə müqayisəli şəkildə öyrənərək dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını tədqiq edib. T.P. ədəbiyyat tarixini ədəbi-bədii formaların təkamülü kimi nəzərdən keçirir. Ənənəvi poetikadan fərqli olaraq bu nəzəriyyədə ədəbiyyat diaxronik aspektdə öyrənilir. A.N.Veselovskinin fikrincə, bədii sözün mahiyyətini öyrənmək, tədqiqat metodlarını müəyyənləşdirmək üçün ədəbiyyat tarixindən kifayət qədər “material” toplamaq lazımdır. Buna görə də T.P.-ya bəzən induktiv poetika da deyilir. Sovet dövründə T.P. burjua-kosmopolit nəzəriyyə hesab edilirdi. Lakin XX əsrin 70-ci illərindən başlayaraq T.P.-ya maraq yenidən oyandı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. tautologiya – eyni şey
Mənaca eyni və ya yaxın sözlərin, ifadələrin təkrarı; eyni bir fikrin gah bu, gah da başqa şәkildә ifadәsi.
Üslubi fiqur olan təkrirdən fərqli olaraq müqayisədə T. daha çox neqativ mənada (lazımsız təkrar) işlənir. Bu baxımdan T. pleonazma daha yaxındır. Lakin T. daha geniş mənada təkrardır:
1) fikrə yeni məna gətirməyən sinonimlərin yanaşı işlənməsi (eşq, məhəbbət, sevgi);
2) eyni fikrin başqa sözlərlə təkrarı (o mənim bacımdır, mən də onun bacısı);
3) nitqdə artıq ünsürlərin işlədilməsi (“gördüm” əvəzinə “öz gözlərimlə gördüm”);
4) pleonazmtipli T.-lar: ən optimal (“optimal” elə “ən yaxşı” deməkdir), qiymətlərin preyskurantı (“preyskurant” alman dilindən tərcümədə “qiymətlərin kataloqu” deməkdir) və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəşrə hazırlanan kitabın texniki göstəricilərinin müəyyənləşdirilməsi və standartlara uyğunluğunun yoxlanılması.
T.R.-yə dizayndan asılı olaraq kitabın cild növünün, ölçülərinin, mətn, başlıq və yarımbaşlıqların şrift qarnituru və s.-nin müəyyən edilmiş normalarla uyğunluğunu yoxlamaq prosesi daxildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. tensio – mübahisə
Trubadur poeziyasında şeir forması: iki və ya daha çox şair arasında poetik dialoq.
T.-da müəyyən bir əxlaqi məsələ haqqında müxtəlif fikirlər irəli sürülüb. Bəzən bu, improvizasiya, yəni şifahi deyişmə olub, bəzən isə sual və cavablar, dəlil və etirazlar məktub şəklində bir şairdən digərinə göndərilib. Bəzi T.-lar sevgililərin qarşılıqlı şikayətlərinin ifadəsindən ibarət olub. Rəqib və ya düşmənlər tərəfindən yaradılan T.-lar kəskinliyi və satirik xarakteri ilə fərqlənib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. terzetto < lat. tertius – üçüncü
Şeirdə üç misradan ibarət bənd; üçlük.
T. bir sıra sabitləşmiş şeir formalarının – sonet, tersina, sekstina və s.-nin mütləq struktur elementidir. T. Dante və Petrarka yaradıcılığında geniş istifadə edilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. terzina – üçlük
Üçmisralıq bəndlərə əsaslanan şeir növü; üçlük.
İtaliya şeirində yaranan T. sonralar Avropa ədəbiyyatında geniş yayılıb. İlk dövrdə T.-lar musiqi ilə müşayiət olunub. Hər misra yamb ölçülü 5 və ya 6 stopadan ibarət olur. Birinci bəndin 1-ci və 3-cü misraları bir-biri ilə qafiyələnir, sonrakı hər bir bəndin 1-ci və 3-cü misraları özündən əvvəlki bəndin 2-ci misrası ilə qafiyələnir: a.b.a, b.c.b, c.d.c şəklində olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. tetra – dörd + logos – söz, təlim
Süjet və müəllif fikri ilə birləşmiş dörd hissədən ibarət əsər.
Bir qayda olaraq, bu hissələr ayrı-ayrılıqda kitab halında nəşr edilir. Bu bütöv, dördhissəli əsər vahid kompozisiya-süjet quruluşu ilə, personajların, bədii üsul və üslubun eyniliyi, bütün hissələrdə hərəkətin məkan və zamanca vahidliyi ilə xarakterizə edilir. Hər bir ayrıca hissə həm müstəqil, tamamlanmış əsər, həm də böyük əsərin hissəsi kimi qəbul edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti