yun. pleonasmos – artıqlıq, izafilik
Nitqdə məna və məzmunu zənginləşdirməyən artıq sözlərin işlədilməsi.
Bu zaman nitq parçasında eyni məna daşıyan hər hansı element təkrar olunur. Məsələn: “yenidən təkrarlanmaq”, “irəliyə doğru inkişaf etmək” ifadələrində “yenidən”, “irəliyə doğru” sözləri artıqdır, çünki birləşmələrin əsas tərəfinin mənası bu anlayışları ehtiva edir. Lakin bədii ədəbiyyatda P.-lar nitqi zənginləşdirən, ona aydınlıq, inandırıcılıq, ritm və pafos verən üslubi fiqur kimi məqbul sayılır; məsələn:
Gördü öz işini ömür də, vaxt da;
Qayıtma geriyə, qayıtma daha. (M.Araz)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti