Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

psevdonomastika

rus. псевдоним – təxəllüs + onomastika – adları öyrənən elm sahəsi

Ədəbi şəxsiyyətlərin təxəllüslərini öyrənən filoloji tədqiqat sahəsi.

Burada təxəllüslərin yaranmasının tarixi səbəbləri deyil, onun dilçilik aspektindən analizi və izahı əsasdır. Bəzi təxəllüslər aid olduğu dilin quruluşundan, semantikasından, sintaksisindən asılı olaraq formalaşır. Təxəllüslərin müxtəlif yaranma üsulları var. Təxəllüslərin bəzisi müəllifin əsl adı və soyadının ünsürünü özündə əks etdirir. Bəzi təxəllüslər isə şəxsin adı və ya soyadı ilə heç bir şəkildə əlaqəli olmur. Şəxsin adı və soyadı ilə əlaqəli olanlar dil kalkaları, anaqramlar, tərsinə çevrilmiş ad və familiyalar, paronimlər, antonimlər və s. yollarla yaranır. P.-nın araşdırmaları onu göstərir ki, təxəllüslərin yaranma yolları olduqca müxtəlifdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

publisistik janrlar

Publisistika yaradıcılıq növünə aid olan janrlar.

P.J. çox zaman ədəbiyyatla jurnalistikanın ortaq janrları kimi qəbul olunur. Bura esse, felyeton, oçerk, pamflet, icmal, resenziya və s. aid edilir. P.J. ədəbi-bədii janrlardan faktlara, gerçəkliyə daha çox bağlılığı, məntiqi rasionallığı ilə fərqlənir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

Pulçinella

Del arte komediyasında əsas maska-obrazlardan biri.

Hazırcavablığı və pozitivliyi ilə seçilən P. del artenin cənub (Neopolitan) qrupuna aid ən məşhur maska-obrazlardan biri idi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti