Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

publisistika

lat. publicus – ictimai, ümumi

Müasir ictimai-siyasi prosesləri və aktual problemləri əks etdirən yaradıcılıq növü.

Hər bir xalqın ədəbiyyatında publisistik ədəbiyyat mətbuatın yaranması ilə başlayır. Azərbaycan ədəbiyyatında P.-nın tarixi 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlayır. XIX әsrin sonu – XX әsrin әvvәllәrindә mәtbuat orqanlarında H.Zәrdabi, F.Köçәrli, N.Nәrimanov, C.Mәmmәdquluzadә, Ö.F.Nemanzadә, Ü.Hacıbəyli vә b. fәal publisistlәr kimi çıxış ediblәr. P. ideoloji mübarizә vasitәsi olduğundan publisistik әsәrlәrdә tendensiyalılıq, polemika, emosionallıq әsas yer tutur. Publisistik janrlarda bədii əsərlərə xas elementlər (satira, bədii ifadə vasitələri və s.) təzahür etdiyindən bu termin bəzən “bədii P.” kimi də işlədilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti