yun. poly – çox + metreo – ölçürəm
Mənzum əsərdə ona vəzn rəngarəngliyi verən bir neçə şeir ölçüsünün işlənməsi.
Nümunə: M.Füzulinin “Leyli və Məcnun” poeması məsnəvi şəklində yazılsa da, orada qəzəl, qəsidə, rübai və mürəbbelərdən istifadə edilib ki, buna da P. deyilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. poly – çoxsaylı fleksiya, hallanma
Üslubi fiqur: eyni sözün ismin müxtəlif hallarında işlədilməsi.
P. annominasiya və epimona ilə yaxın fiqurdur. Fərq yalnız ondadır ki, burada sözün müxtəlif qrammatik formaları dedikdə yalnız ismin müxtəlif halları nəzərdə tutulur; məsələn:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri. (Yunus Əmrə)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. polysyndeton – çoxbağlayıcılıq
Üslubi fiqur: cümlədə bağlayıcıların təkrar olunması; çoxbağlayıcılıq.
Bu zaman yaranan fasilələr nitqin sürətini azaldaraq ayrı-ayrı sözlərin daha qabarıq verilməsinə, nitqin ifadəliliyinin artırılmasına xidmət edir. Məsələn:
Ya ünvan axtaran fikir,
Ya ayrılıq, ya da qəmdi
Qapı vaxtsız döyüləndə. (R.İsmayıllı)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. populus – xalq
Bədii əsərdə geniş kütlələrin arzu və istəklərinə uyğun fikirlərin ifadə olunması.
Mənfi çalarda işlənən P. termini kütlə psixologiyasının təsiri altında qalaraq bədiilikdən və orijinallıqdan uzaqlaşmağı nəzərdə tutur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. pornos – satılan + grapho – yazıram, təsvir edirəm
Seksual hislər oyatmaq məqsədilə əsərdə cinsi əlaqənin açıq şəkildə təsvir edilməsi.
P. termini ilk dəfə XVIII əsrdə fransız yazıçısı Retif de Bretonna tərəfindən işlədilib. P. erotikanın ifrat formasıdır. Belə ki, əgər erotikada çılpaq bədənin gözəlliyi əks olunursa, P.-nın məqsədi çılpaq bədəni və ya cinsi əlaqəni təsvir etməklə oxucuda şəhvani ehtiras hissi yaratmaqdır. Bir çox ölkələrin, o cümlədən Azərbaycanın qanunvericiliyinə görə, mətbuatda və nəşr olunan əsərlərdə pornoqrafik səhnələrin təsviri qadağandır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbi əsərdə personajın xarakterini daha dərindən açmaq məqsədilə onun xarici görkəminin təsviri.
P.-də surətin boyu, görkəmi, üz cizgiləri, geyimi, mimika və jestləri təsvir oluna bilir. Məsələn, C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərində Xudayar bəyin sözlə portretini çəkərək onun bütün eybəcərliyini oxucuya çatdıra bilib: “Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə, əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayam. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd-qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində”. P. obraz barədə oxucuda rəğbət və ya nifrət, müsbət və ya mənfi münasibət yaradır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin ikinci yarısında fəlsəfə, incəsənət və ədəbiyyatda yaranmış cərəyan.
P. hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi dəyərləri və hər cür ehkamı rədd edir. Burada yazıçı bir birlik üzvü olmağın, icma qanunlarına riayət etməyin və təşkilatlanmağın əleyhinədir; o öz fərdiliyini qabartmağa çalışır. Postmodernist romanlarda ənənəvi kompozisiya və süjet elementlərinə, ədəbi növ və janr xüsusiyyətlərinə məhəl qoyulmur. Əsərin finalı çox zaman oxucunun öhdəsinə buraxılır. Belə əsərlərdə mövzular, mövqelər bir-birinə qarışır, müxtəlif dini baxışlar, fərqli mədəniyyətlər əks olunur. Zaman və məkan anlayışları klassik və modern ədəbiyyatdakı kimi konkret olmur. Başqa dillə desək, P. sabit ədəbi düsturları inkar edir, sərbəstliyə meyilli olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin sonunda Avropa və Amerikada strukturalizmi əvəz etmiş ədəbi cərəyan.
P.-in fəlsəfi-estetik əsasını oxucunun sərbəst təfsirinə imkan verən, mənşəyi məlum olmayan və arxasında hər hansı həqiqət durmayan işarələr sistemi təşkil edir. Əsas tezisi “dünya (şüur) mətn kimi” olan poststrukturalist təfəkkür tərzinin yaradıcıları məşhur filosof və tədqiqatçılar Derrida, Fuko, Delez, Bart və başqalarıdır. Poststrukturalistlər ədəbiyyatı geniş sosial-mədəni kontekstin bir hissəsi kimi qəbul edirdilər. Burada mətnin təfsiri xeyli mürəkkəb olur, əsərdə müxtəlif növ məntiqi və formal pozuntular təzahür edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. primitivus – birinci, başlanğıc
İncəsənətin bir çox sahələrində futurizmə qarşı yaranmış fəlsəfi-estetik cərəyan.
Fransada yaranıb. Bu cərəyanın nümayəndələri insanın ibtidai həyat tərzini, təbii davranışını üstün tutur, sənaye və texnologiyanın əleyhinə çıxırlar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəsihətamiz (mənəvi və dini), didaktik-alleqorik xüsusiyyətə malik kiçik ibrətamiz hekayə.
P.-da fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısı ilə oxucuya çatdırılır. P. kiməsə, nəyəsə ünvanlana, müraciət oluna bilər. P.-da təhkiyə dili isə təsirli və kinayəliliyi ilə fərqlənir. Qeyd etmək lazımdır ki, P. zamansız, şərti-sxematik məkanla səciyyələnir. Müasir dövrdə bu janrda yazan məşhur müəlliflərdən biri hind yazıçısı Entoni de Mellodur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. – fərzetmə, əvvəlcədən hissetmə, öncəgörmə
1. Bax: fləşforvard.
2. Üslubi fiqur: danışanın gözlənilən etiraz və tərəddüdlərini qabaqlayaraq onları nitqinə gətirməsi və rədd etməsi.
Nümunə: “...Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır” (Ü.Hacıbəyli).
3. İsim və onu əvəz edən əvəzliyin yanaşı işlədilməsi.
Nümunə:
Sizə yox! Sizə yox!.. Mən öz canımı
Ona tapşırıram... ona... qızıma... (S.Vurğun)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. proletarius – yoxsul + culture – mədəniyyət
Bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbi istiqamət.
P. konsepsiyası 1917-ci il oktyabr inqilabından sonra Rusiyada meydana çıxıb. Bu konsepsiyaya görə, hakimiyyətə gəlmiş fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalı idi. Yeni şair və yazıçıların məhz inqilabçı fəhlələr arasından çıxması təqdir olunurdu.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. psalmos – nəğmə, tərifnamə
İudaizm və xristianlıqda dua məzmunlu nəğmə.
150 kanonik P. bir yerdə psaltır adlanır. Orta əsrlərdən etibarən bir çox xristian, o cümlədən slavyan xalqlarının poeziyasında sillabik vəznlə yazılmış P.-lar geniş yayılmışdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti