XX əsrin sonunda Avropa və Amerikada strukturalizmi əvəz etmiş ədəbi cərəyan.
P.-in fəlsəfi-estetik əsasını oxucunun sərbəst təfsirinə imkan verən, mənşəyi məlum olmayan və arxasında hər hansı həqiqət durmayan işarələr sistemi təşkil edir. Əsas tezisi “dünya (şüur) mətn kimi” olan poststrukturalist təfəkkür tərzinin yaradıcıları məşhur filosof və tədqiqatçılar Derrida, Fuko, Delez, Bart və başqalarıdır. Poststrukturalistlər ədəbiyyatı geniş sosial-mədəni kontekstin bir hissəsi kimi qəbul edirdilər. Burada mətnin təfsiri xeyli mürəkkəb olur, əsərdə müxtəlif növ məntiqi və formal pozuntular təzahür edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti