Üslubi fiqur: eyni nitq vahidinin müxtəlif qrammatik variasiyalarla təkrarlanması.
Leksik təkririn bir çox növlərindən fərqli olaraq burada təkrarlanan nitq vahidi müxtəlif qrammatik formalarda işlənir. Şərq ədəbiyyatında müşakilə də adlanır.
Xəyyam da məndədir, Hafiz də məndə,
Vaqif sevgisiyəm, Sabir səsiyəm.
Bütün tanrıları yığ, kənara qoy,
Bütün tanrıların birləşməsiyəm. (X.R.Ulutürk)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti