Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

personaj

fr. personnage < lat. persona – şəxsiyyət, üz

Epik və ya dramatik əsərlərdə hadisələrin iştirakçısı; surət, obraz.

Qəhrəman”, “obraz” terminlərindən fərqli olaraq personaj lirik əsərlərə aid edilmir. Bu termin, əsasən, әsәrdәki ikinci­dərәcәli iştirakçılar haqqında işlәdilir. İri epik əsərlərdə yüz­lərlə personaj olduğu halda, bir və ya bir neçə qəhrəman olur. Mәsəlәn, L.N.Tolstoyun  “Hәrb vә sülh” romanında 500-dәn artıq personaj, 30-a qәdәr qәhrәman vardır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

poema

yun. poiema < poiein – yaratmaq

Təhkiyə şəklində yazılmış süjetli mәnzum əsər.

Poemada həyatın lirik və epik təsviri sintez olunur. Lirik şeirdən fərqli olaraq poema bir və ya bir neçə süjet xəttinə malikdir. Bəzən poemaları mənzum roman da adlandırırlar. Ədəbiyyatımızda ilk poema müəllifi Xaqani Şirvanidir. Onun “Töhfətül-İraqeyn” poeması vahid süjet xətti olmayan poemadır. Ədəbiyyatımızda ilk vahid süjet xətti olan poema N.Gəncəvinin “Xosrov və Şirin”, ilk anadilli epik şeiri isə “Dastani-Əhməd Hərami” (XIII əsr) poemasıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

povest

rus. повествование – nəqletmə, danışıq, təhkiyə

Həc­minə görə romandan kiçik, hekayədən böyük epik janr.

Rus әdәbiyyatşünaslığından gəlmiş termindir. İngilis dilində daha çox short novel (kiçik roman) terminindən istifadə olu­nur. Povesti digər epik janrlardan – hekayə və romandan fərq­ləndirən əsas cəhət həcm olduğundan bir çox epik əsərlərin janrının müəyyən edilməsində mübahisələr yaranır. Ədə­biy­yatımızda povestin əsasını M.F.Axundzadə “Aldanmış kə­va­kib” əsəri (1857) ilə qoyub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

proloq

yun. pro – əvvəlki + logos – söz

Bədii əsərin süjetkompozisiyası ilə bağlı olan giriş hissə; ön söz, müqəddimə.

Qәdim yunan faciәlәrindә tamaşaçılara müraciәtlә deyilәn, onları pyesdəki hadisələrə hazırlayan parçaya proloq deyilirdi. Proloqda müəllif oxucunu tәsvir edilәn hadisәlәrdәn әvvәlki mәsәlәlәrlә, yaxud özünün ifadә etmәk istәdiyi fikirlәrlә tanış edir. Əsərdə proloqun müxtəlif funksiyaları ola bilər: 1) oxu­cunu əsərin qəhrəmanları, onlar arasındakı müna­sibətlərlə tanış etmək; 2) əsərin yazılma səbəbini izah etmək; 3) əsərin ideyası ilə bağlı fikirlər söyləmək və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

protokol

Əməli yazı növlərindən biri: hər hansı tədbirdə baş ­ve­rənlərin, eləcə də hər hansı faktın, hadisənin qeydə alındığı sənəd.

Protokolun müxtəlif işlənmə məqamları vardır: 1) ic­lasda, müşavirədə söylənilən çıxışları və çıxarılan qərarları əks etdirmək üçün tərtib edilən protokol; 2) hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar (məs.: yol hərəkəti qaydaları) tərtib edilən protokol; 3) saziş və ya müqavilənin detallarını əks etdirmək üçün tərtib edilən və əsas sənədə əlavə edilən protokol. İclasda, müşavirədə tərtib edilən protokolun tərtibat forması:

1. Vərəqin ortasında protokol və onun nömrəsi böyük hərflə yazılır.

2. Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunur.

3. İclas iştirakçılarının sayı göstərilir.

4. Gündəlik məsələlər (ayrı-ayrı bəndlər üzrə) qeyd olunur.

5. Vərəqin ortasında böyük hərflə “Eşidildi” sözü yazılır, mü­za­kirə edilən məsələ şərh olunur.

6. “Çıxışlar” sözü böyük hərflə vərəqin ortasında yazılır, edilən çıxışların qısa məzmunu qeyd olunur.

7. İclasda qəbul olunmuş qərarlar hər bir bənddən sonra “Qərar” sözü böyük hərflə yazılmaqla əmr cümlələri şəklində ifadə olunur.

8. Protokolun sonunda iclasın sədri və katibi imza qoyur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti