Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əməli yazı

Rəsmi və işgüzar sənədlər; yazı formaları.

Döv­lətin qanunları, əmrləri, fərmanları, sərəncamları  və s. rəsmi sənədlərdir. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. Bunların da hər birinin özünəməxsus xüsusiyyətləri, tərtib qaydaları var.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti