Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mənzum roman

Nəzmlə yazılmış irihəcmli epik janr növü.

Mənzum romanların əsasında çoxşaxəli süjet, mürəkkəb kompozisiya, çoxsaylı hadisə, müxtəlif insan xarakterləri dayanır. Şərq ədəbiyyatında Nizami Gəncəvinin poemaları həm də mənzum roman adlanır. Müasir ədəbiyyatımızda S.Vurğunun “Aygün” poemasını da mənzum roman adlan­dır­maq mümkündür. Rus ədəbiyyatında A.Puşkinin “Yevgeni Onegin” əsəri mənzum romanın ən gözəl nümunələrindən he­sab olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti