Şərq ədəbiyyatında epik və dramatik janrda yazılmış bəzi əsərlərin tərkib hissəsi.
Süjetin, kompozisiyanın bitkin ünsürü kimi çıxış edir. Klassik ədəbiyyatda bəzi poemalar məclislər şəklində qurulub. “Dastani-Əhməd Hərami”, Y.Balasaqunlunun “Qutadqu-bilik”, M.Füzulinin “Saqinamə” əsərlərini misal göstərmək olar. Məclis çox zaman münazirə şəklində olur, adətən, oxucuya xitabla, öyüd-nəsihətlə bitir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti